Dövlət
başçıları Rusiyanın Xəzər
Flotiliyasının «Dağıstan» raket gəmisinə
və Azərbaycan Hərbi Dəniz Donanmasının
«Bakı» gözətçi gəmisinə baxmışlar
Avqustun 13-də Dağüstü parkla
tanışlıqdan sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin Rusiyanın Xəzər
Flotiliyasının Bakıda qeyri-rəsmi səfərdə olan "Dağıstan" raket
gəmisinə və Azərbaycan Hərbi Dəniz
Donanmasının "Bakı" gözətçi gəmisinə
baxmışlar.
Dövlət
başçıları əvvəlcə
"Dağıstan" raket gəmisi ilə
tanış oldular. Gəminin
komandiri prezidentlərə
raport verdi.
Rusiya Prezidenti Vladimir Putin əsgərləri
salamladı.
Dövlət başçıları "Dağıstan"
raket gəmisi ilə tanış
oldular.
Qeyd edək ki, Rusiyanın Xəzər Flotiliyasına
məxsus gəmi dəstəsi Prezident
Vladimir Putinin Azərbaycana
səfəri çərçivəsində
Bakıya qeyri-rəsmi
səfərə gəlmişdir.
Rusiya tərəfinin dəvəti
ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə məxsus
gəmi dəstəsi
də bu ilin ikinci yarısında
Rusiyaya səfər edəcəkdir.
Sonra dövlət başçıları Azərbaycan
Hərbi Dəniz Donanmasının "Bakı"
gözətçi gəmisinə
gəldilər.
Gəminin komandiri Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Dövlət başçısı
dənizçiləri salamladı.
Prezidentlər "Bakı" gözətçi
gəmisi ilə tanış oldular.
Daha sonra "Dağıstan" raket gəmisinin kapitanı dövlət başçılarına
xatirə hədiyyəsi
təqdim etdi.
Prezident Vladimir Putin gəminin
kapitanından soruşdu
ki, adın nədir?
Kapitan: Vüsal.
Vladimir
Putin: Sən azərbaycanlısan?
Kapitan: Elədir ki, var. Sağ olun.
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 1.