«İçərişəhər»
Dövlət Tarix-Memarlıq Qoruğu ilə
tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin avqustun 13-də "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğunu gəzmişlər.
Burada şəhər sakinləri
ilə görüşüb söhbət
edən dövlət başçıları onlarla
xatirə şəkli çəkdirdilər.
Elektromobillə
gəzinti zamanı Rusiya dövlətinin
başçısına məlumat verildi ki, Azərbaycan tarixinin və
mədəniyyətinin incisi olan İçərişəhər dünya mədəni irsinin
nadir abidələrindəndir. Tariximizin canlı əfsanəsi olan İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğuna daxil
olan Qız qalası və Şirvanşahlar
saray kompleksi UNESCO-nun ümumdünya mədəni
irs siyahısına daxil
edilmişdir.
Rusiya dövlə
başçısının diqqətinə
çatdırıldı ki, İçərişəhər
ərazisində Azərbaycan alimləri arxeoloji
qazıntılar aparmış və Azərbaycan tarixinə dair bir çox
qiymətli maddi-mədəniyyət nümunələri aşkar etmişlər. İndi Azərbaycan
muzeylərinin ən qiymətli eksponatları olan
bu tapıntılar
tariximizin qədim dövrlərinin öyrənilməsi
üçün geniş
imkanlar açır.
Prezident Vladimir
Putin milli mətbəximizin
nümunəsi olan təndir çörəyinə
qonaq oldu. Dövlət
başçısı təndir çörəyinin
bişirilməsi qaydası ilə maraqlandı.
İçərişəhərlə
tanışlıq Prezident Vladimir
Putində xoş təəssürat
yaratdı.
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 2.