«Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında» Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli
389 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, III kitab,
maddə 612; 2001, ¹ 7, maddə 462, ¹ 10, maddə 640, ¹ 12, maddə
755; 2002, ¹ 1, maddə 49, ¹ 5, maddələr 260, 275, ¹ 8, maddələr
478, 484, 486; 2003, ¹ 6, maddə 299, ¹ 8, maddə
434, ¹ 9, maddə 478, ¹ 10, maddələr 546, 547, 560, 571, 582;
2004, ¹ 1, maddələr 19, 26, ¹ 3, maddələr 138, 141, ¹ 4,
maddə 235, ¹ 5, maddələr 340, 341, 343, 345, 346, ¹ 8, maddələr
607, 608, ¹ 11, maddə 909, ¹ 12, maddə 1005; 2005, ¹ 2, maddələr 67, 69, ¹ 4, maddələr 299,
303, ¹ 8, maddə 702, ¹ 9, maddələr 801, 802, ¹ 12, maddə
1101; 2006, ¹ 2, maddə 83, ¹ 4, maddələr 321, 322, ¹ 5, maddə
407, ¹ 7, maddə 590, ¹ 8, maddələr 662, 663, 674, 675, 679, ¹ 9,
maddə 743, ¹ 11, maddələr 942, 945; 2007, ¹ 1, maddə
11, ¹ 2, maddə 87, ¹ 3, maddə 230, ¹ 7, maddə 715, ¹ 8, maddələr
767, 769, ¹ 11, maddələr 1110, 1116, 1120, ¹ 12, maddə 1227;
2008, ¹ 1, maddə 7, ¹ 3, maddə 186, ¹ 6, maddələr 504, 507,
¹ 7, maddə 617, ¹ 8, maddə 713, ¹ 9, maddə 798, ¹ 10, maddə
894, ¹ 11, maddələr 969, 971, 980, ¹ 12, maddələr 1060,
1061, 1062, 1065; 2009, ¹ 2, maddə 330, ¹ 3, maddə 163, ¹ 4, maddə
226, ¹ 7, maddələr 532, 535, 539, 540, 542, ¹ 9, maddə 688, ¹
10, maddələr 776, 785, ¹ 12, maddələr 979, 993; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 189, ¹ 5,
maddə 393, ¹ 7, maddələr 606, 607, 610, ¹ 8, maddələr
721, 725, ¹ 10, maddələr 847, 854, ¹ 11, maddə 972; 2011, ¹ 3,
maddələr 174, 175, ¹ 6, maddələr 490, 511, 513, ¹ 10, maddə
895, ¹ 12, maddələr 1117, 1129; 2012, ¹ 1,
maddə 7, ¹ 2, maddə 64, ¹ 3, maddə 199, ¹ 4, maddə 284, ¹
5, maddə 424, ¹ 6, maddə 544, ¹ 7, maddələr 682, 692, 698,
¹ 11, maddələr 1097, 1113, ¹ 12, maddə 1237; 2013, ¹ 3, maddə
238, ¹ 4, maddələr 371, 378, ¹ 5, maddə 500, ¹ 6, maddə
658) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.3-cü bənddə
"Məcəllənin" sözündən sonra "49-cu," sözləri,
"104.4-cü," sözlərindən sonra
"123-1-ci," sözləri əlavə edilsin;
1.2.
aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:
"3.3-1.
həmin Məcəllənin 38-1-ci, 152-1.1-ci, 152-2.1-ci,
152-2.2-ci, 156.2-ci, 298-ci, 307-1-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar
haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
baxır və ya inzibati
xətanın xarakterini, inzibati
xəta törədən şəxsin şəxsiyyətini,
onun təqsirinin dərəcəsini, məsuliyyəti
ağırlaşdıran halların mövcudluğunu
nəzərə alaraq şəxs barəsində
həmin maddələrdə nəzərdə tutulan
xəbərdarlıq və ya cərimə
inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqini
mümkün hesab
etdikdə inzibati xəta haqqında işi baxılması üçün
məhkəməyə göndərir;";
1.3. 3.4-cü bənddə
"91" rəqəmləri "92" rəqəmləri
ilə əvəz edilsin;
1.4. 3.7-ci bənddən
"111.2-ci," sözləri çıxarılsın;
1.5. 3.9-cu bənddə
"123-126-cı" sözləri "123-cü,
124-126-cı" sözləri ilə əvəz edilsin;
1.6. 3.14-cü
bənd aşağıdakı redaksiyada verilsin:
"3.14.
həmin Məcəllənin 111-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar
haqqında işlərə həmin işlər üzrə inzibati icraata
başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxırlar, yaxud
inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin
şəxsiyyətini, onun təqsirinin dərəcəsini,
məsuliyyəti ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq şəxs barəsində həmin maddədə
nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirindən daha ağır tənbeh tədbirinin tətbiqini
mümkün hesab
etdikdə inzibati xəta haqqında işi baxılması üçün
məhkəməyə göndərirlər;";
1.7. 3.22-ci bənddə
"236-cı" sözləri "236.1-ci" sözləri
ilə əvəz edilsin;
1.8. 3.29-cu bənddən
"222.1-ci," sözləri çıxarılsın;
1.9. 3.57-ci bənddən
"85.0.1-ci," sözləri çıxarılsın;
1.10.
aşağıdakı məzmunda 3.57-1-ci bənd əlavə
edilsin:
"3.57-1.
həmin Məcəllənin 85.0.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar
haqqında işlərə yerin təkindən
istifadə ilə əlaqədar işlərin təhlükəsiz
aparılması tələblərinin pozulması hissəsində
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, yer təkinin və ətraf mühitin
mühafizəsi üzrə standartların (normaların,
qaydaların) tələblərinin pozulması hissəsində
Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, yer təkinin və ətraf mühitin
mühafizəsi üzrə standartların (normaların, qaydaların)
tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə
münasibətdə həmin işlər üzrə inzibati icraata
başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxırlar;";
1.11. 3.67-ci bənddə
"235-ci maddəsində" sözləri "235-ci və
236.2-ci maddələrində" sözləri ilə, "və
ya" sözləri "və" sözü ilə əvəz edilsin;
1.12.
aşağıdakı məzmunda 3.72-ci və 3.73-cü bəndlər
əlavə edilsin:
"3.72.
həmin Məcəllənin 222.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar
haqqında işlərə həmin işlər üzrə inzibati icraata
başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının
Vergilər Nazirliyi baxırlar;
3.73.
həmin Məcəllənin 91-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar
haqqında işlərə həmin işlər üzrə inzibati icraata
başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxırlar.".
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu
fərmana uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu fərmandan
irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 8 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 15 avqust.- S. 2.