Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana səfərə gəlmişdir

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak etmək üçün Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana səfərə gəlmişdir.

Qəbələ Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Abdullah Gülü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşıladılar.

Türkiyə dövlətinin başçısı onun şərəfinə düzülmüş fəxri qarovul dəstəsinin önündən keçdi.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 2.