İsmayıllıda
ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət
Azərbaycan Prezidenti
İlham Əliyevin İsmayıllı və Qəbələ rayonlarına
səfəri
Avqustun 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir.
Dövlət
başçısı əvvəlcə İsmayıllı
şəhərinin mərkəzində ümummilli
lider Heydər Əliyevin abidəsi
önünə gül dəstəsi qoydu.
İsmayıllı
Rayon İcra Hakimiyyətinin
başçısı Mirdamət Sadıqov Prezident
İlham Əliyevə ulu öndərin adını daşıyan mədəniyyət
və istirahət parkında yaradılan şərait barədə
məlumat verdi. Bildirildi
ki, burada sakinlərin
istirahəti üçün hər cür şərait
yaradılmışdır. Bu istirahət
mərkəzində qısa müddətdə böyük
abadlıq-quruculuq işləri görülmüş,
fəvvarələr quraşdırılmış,
yaşıllıq salınmışdır.
Prezident İlham
Əliyev parkda yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 3.