«İsmayıllı-1»
Su Elektrik Stansiyası
işə salınmışdır
Avqustun 14-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Sumağallı kəndi
yaxınlığında inşa edilən
"İsmayıllı-1" Su Elektrik Stansiyasının
açılışında iştirak etmişdir.
"Azərenerji"
ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət
başçısına məlumat verdi ki, "İsmayıllı-1" Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən
səmərəli istifadə edilməsi proqramı çərçivəsində
inşa olunan obyektlərdən
biridir. Kiçik su elektrik
stansiyalarının tikintisi elektrik enerjisinin
istehsalında yanacağa qənaət etməklə
yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.
Prezident İlham
Əliyevə stansiyanın inşası, fəaliyyəti və
layihənin əsas komponentləri barədə də məlumat
verildi. Bildirildi ki, stansiyanın tikintisinə 2011-ci ildə
başlanılmışdır. Əsas və köməkçi
avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri "Azenco"
şirkəti tərəfindən həyata keçirilmişdir.
Stansiyanın tikintisində 100 nəfər
çalışmışdır. Tikinti
işləri zamanı burada suqəbuledici
quraşdırılmış, hər birinin
uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya
binası inşa edilmişdir.
Stansiyanın
binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri
diqqəti, həmçinin bu sferanın
müasirləşdirilməsi istiqamətində həyata
keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend
yaradılmışdır.
Binada nəzarət, mühafizə və
idarəetmə sistemləri
quraşdırılmışdır.
Prezident İlham Əliyev idarəetmə mərkəzindən
stansiyanı işə saldı.
Diqqətə
çatdırıldı ki, bu stansiyanın ümumi
layihə gücü 1600 kilovat
olan üç hidroturbin və üç
hidrogeneratordan ibarətdir. Burada
10 və 0,4 kilovoltluq yarımstansiya və
elektrik ötürücü
xətlər çəkilmişdir. Stansiyanın
aşağı byefindən çıxan təmizlənmiş
su tikilməkdə olan
"İsmayıllı-2" Su Elektrik Stansiyasına daxil
olacaqdır. Beləliklə, yekunda
İsmayıllı Su Elektrik
Stansiyası ümumi gücü
3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil
edəcəkdir. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir.
Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi
yaxınlığında inşa edilən
derivasiya tipli su elektrik stansiyası ildə
8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir.
Su elektrik
stansiyasında 12 nəfər daimi işlə
təmin ediləcəkdir. Stansiyanın ərazisində
abadlıq-quruculuq işləri görülmüş,
müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Azərbaycan Prezidenti yaradılmış şəraitdən
razılığını bildirdi,
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 5.