Qəbələdə ulu öndərin abidəsini ziyarət

 

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəlmişdir.

Dövlət başçısı Qəbələ şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsinin önünə gül dəstəsi qoydu.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev  məlumat verdi ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılmışdır.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 6.