Yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki
avtomobil yolunun Qəbələ-Oğuz
hissəsi istifadəyə verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
14-də yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki
avtomobil yolunun Qəbələ-Oğuz
hissəsinin açılışında iştirak
etmişdir.
Nəqliyyat
naziri Ziya Məmmədov
dövlətimizin başçısına məlumat verdi ki, Qaraməryəm-İsmayıllı-Şəki
avtomobil yolu Böyük Qafqaz sıra
dağlarının cənub ətəyində yerləşir
və respublikanın ən böyük turizm marşrutlarından olan
yolun bir hissəsidir. Uzunluğu
42 kilometr olan yolun 20 kilometri Qəbələ
rayonunun, 22 kilometri isə
Oğuz rayonunun ərazisinə
düşür. Sifarişçi
Nəqliyyat Nazirliyi, podratçı isə
"Polad Yol
Yapı" şirkətidir. Tikintisinə 2012-ci ilin may ayında başlanan Qaraməryəm-İsmayıllı-Şəki
avtomobil yolunun Qəbələ-Oğuz
sahəsinin 75-95 kilometrlik hissəsi əsaslı
surətdə yenidən qurulmuşdur. Yolda tikinti işləri
zamanı 7 dəmir-beton körpü əsaslı
təmir edilmişdir. Bundan
başqa, yol ərazisində
13 su keçidi və
7 avtobus dayanacağı, həmçinin bir yol qovşağı da tikilmişdir. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi 5 yaşayış
məntəqəsini - Zarağan, Kiçik Pirəli, Mirzəbəyli, Zərgərli
kəndlərini və Nic qəsəbəsini
əhatə edir.
Qeyd olundu
ki, avtomobil yolu respublikamızın şimal-qərb
rayonları ilə nəqliyyat əlaqəsinin
yaxşılaşdırılmasında, həmçinin
iqtisadiyyatın və turizmin
inkişafında mühüm əhəmiyyət
kəsb edir.
Prezident İlham
Əliyev yolun rəmzi
açılışını bildirən lenti
kəsdi.
***
Azərbaycan Prezidenti İlham Əliyev
avqustun 14-də Oğuz
və Şəki rayonlarında da səfərdə
olmuşdur (Bu səfərlərdən
geniş hesabat qəzetin
növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan. - 2013.- 15 avqust.- S. 7.