Azərbaycan ilə
Qırğız Respublikası arasında ikitərəfli
münasibətlərin perspektivləri müzakirə olunmuşdur
Avqustun 14-də xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının üçüncü
zirvə görüşü çərçivəsində
Qırğız Respublikasının xarici
işlər naziri Erlan
Abdıldayev ilə görüşmüşdür.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasında sədrliyin Qırğız Respublikasından
Azərbaycan Respublikasına keçməsi, rəsmi Bişkekin sədrliyi dövründə görülmüş işlər təhlil edilmişdir.
Eyni zamanda, Azərbaycanın
sədrliyi dövründə təşkilatın daxilində əməkdaşlığın
daha da inkişaf
etdirilməsi istiqamətində görülməsi nəzərdə
tutulan işlər ətrafında fikir mübadiləsi
aparılmışdır.
Görüşdə,
həmçinin Azərbaycan ilə Qırğız
Respublikası arasında ikitərəfli münasibətlərin
hazırkı vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunmuşdur.
Hər iki nazir beynəlxalq təşkilatlar
çərçivəsində ölkələrimiz
arasında əməkdaşlığın inkişaf
etdirilməsinə tərəfdar olduqlarını diqqətə
çatdırmışdır.
Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.