Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində görüş

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "HP Enterprise" qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rasrbixler ilə görüş olmuşdur.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər, "HP" şirkətinin ölkəmizdə uğurla həyata keçirdiyi  layihələr barədə məlumat verilmişdir.

 Nazir Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər, qlobalregional layihələrin icrası və bu sahədə  perspektiv planlar barədə məlumat vermişdir. Ə.Abbasov dünyanın aparıcı informasiya texnologiyaları şirkəti olan "HP" ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

H.Rasrbixler qeyd etmişdir ki, "HP" şirkəti gələn il  Azərbaycanda irimiqyaslı layihələr həyata keçirməyi nəzərdə tutmuşdur. Qonaq bu ilin dekabrında Bakıda keçiriləcək "Bakutel-2013"  Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgi-konfransında iştirak edəcəyini bildirmişdir.

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.