«Rossiya
24» telekanalında Azərbaycanın müxtəlif bölgələri
haqqında süjet göstərilmişdir
Rusiyanın populyar "Rossiya 24"
telekanalının "Xüsusi reportaj" proqramının növbəti
buraxılışlarından biri Azərbaycanın
görməli yerlərinə həsr edilmişdir.
AzərTAc
xəbər verir ki,
telekanalın jurnalisti Anton
Borisov "Dağlar qoynunda" adlı reportajda
Azərbaycanın dağlıq bölgələri - Quba rayonu, unikal
dağ kəndi Xınalıq,
Qırmızı Qəsəbə, Nabran
və Qusar haqqında söhbət
açır.
Rusiyalı jurnalist qeyd edir ki, bu
gün Azərbaycan sürətlə inkişaf edir - Bakıda
Qız Qalasından uca göydələnlər,
neft buruqları, Xəzər dənizi - bütün bunlar bir-birindən
gözəl və cəlbedicidir. Lakin
müəllifin fikrincə, Azərbaycanda bunlardan
heç də az cəlbedici
olmayan başqa uğurlar da vardır.
Ölkəmizdə
əsrlər boyu sülh
və həmrəylik şəraitində yaşayan
müxtəlif xalqların adət və ənənələri,
Azərbaycanın turizm potensialı, o cümlədən Şahdağ
dağ xizək idmanı kompleksi,
insanı coşduran musiqi
və rəqslər, Qubanın alma
bağları, bir sıra başqa görməli yerlər və
yerli sakinlərin ətraflı söhbətləri
- bütün bunlar
"Dağlar qoynunda"
reportajında öz əksini
tapmışdır.
Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.