Panama Milli Assambleyasında «Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi»nə dair qətnamə qəbul edilmişdir

 

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən verilmiş məlumata əsasən, Panama Milli Assambleyasında "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi"nə dair dörd saylı qətnamə qəbul edilmişdir.

Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, qətnamə layihəsi Milli Assambleyanın plenar iclasında səsverməyə çıxarılmış və yekdilliklə qəbul edilmişdir.

Qətnamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuonun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bu hərbi münaqişə zamanı və ondan sonra əhalimizin hüquqlarının kobud şəkildə pozulması, xüsusən də 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda təcavüzkar ölkə tərəfindən törədilmiş soyqırımı qətiyyətlə pislənilmişdir.

Qətnamədə, həmçinin BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış ifadə edilmişdir.

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 9.