Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Avqustun 14-də Məzahir Pənahovun
sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) iclası keçirilmişdir.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə 2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Azərbaycan Liberal Demokrat
Partiyası tərəfindən irəli sürülmüş
Fuad Ağasi oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi
haqqında məsələyə baxılmışdır.
Bu məsələ
barədə məlumat verən Mərkəzi Seçki
Komissiyasının katibi Arifə Muxtarova bildirmişdir ki, Azərbaycan Liberal Demokrat Partiyası Rəyasət Heyətinin qərarı
ilə 2013-cü il oktyabrın 9-da
keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Liberal Demokrat
Partiyasının
sədri Fuad Ağasi oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür. Namizədliyin irəli
sürülməsinin təsdiq olunması üçün
sənədlər 2013-cü il avqustun 9-da partiyanın səlahiyyətli
nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir. Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparmış, irəli
sürülmüş namizədliyin təsdiqi
üçün əsasların
olmasını müəyyən etmişdir.
Komissiya qərara
almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən
irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
Sonra Cavid Nadir oğlu Şahverdiyev Liberal Demokrat Partiyasının səlahiyyətli
nümayəndəsi, Mayisə Səfxan qızı Cəfərova
isə maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə
alınmışlar.
MSK Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
namizədliyi Vətəndaş və İnkişaf
Partiyası tərəfindən irəli sürülmüş
Əli Nadir oğlu
Əliyevin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə
də baxmışdır. Qeyd edilmişdir ki, Vətəndaş
və İnkişaf Partiyası Məclisinin
qərarı ilə Azərbaycan Respublikası Prezidentinin
seçkilərində Vətəndaş və İnkişaf Partiyasının sədri
Əli Nadir oğlu
Əliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin təsdiqi üçün sənədlər 2013-cü il avqustun 9-da partiyanın
səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir. Mərkəzi
Seçki Komissiyası irəli sürülmüş namizədliyin təsdiq
olunması üçün əsaslar
müəyyən etmiş və Əli Nadir oğlu Əliyevin
namizədliyinin təsdiqi barədə qərar
çıxarmışdır.
Otuz bir nəfər
Vətəndaş və İnkişaf
Partiyasının səlahiyyətli nümayəndəsi, 2 nəfər
isə maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə
alınmışdır.
İclasda cari məsələlərə
də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq
qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan. - 2013.- 15 avqust.- S. 9.