2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən
irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
QƏRAR
¹ 13/81
Azərbaycan Liberal Demokrat Partiyası Rəyasət
Heyətinin 2013-cü il 4 avqust
tarixli iclasının 1 saylı qərarı
ilə 2013-cü il oktyabrın 9-da
keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Liberal Demokrat
Partiyasının sədri Fuad Ağasi oğlu
Əliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 9-da partiyanın
səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən
irəli sürülmüş Fuad Ağasi oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.08.2013
Azərbaycan. - 2013.- 15 avqust.- S. 9.