2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən
irəli sürülmüş Əli Nadir oğlu Əliyevin
namizədliyinin təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
QƏRAR
¹ 13/83
Vətəndaş və İnkişaf Partiyası Məclisinin
2013-cü il 5 avqust tarixli 3 saylı iclasının 1 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası
Prezidentinin seçkilərində
Vətəndaş və
İnkişaf Partiyasının
sədri Əli Nadir oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin
təsdiq edilməsi üçün sənədlər
2013-cü il avqustun 9-da partiyanın səlahiyyətli nümayəndəsi
tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş
namizədliyin təsdiq
edilməsi üçün
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən
irəli sürülmüş Əli Nadir oğlu Əliyevin
namizədliyi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
14.08.2013
Azərbaycan. - 2013.- 15 avqust.- S. 9.