İnkişafı
gələcəyə hesablanan şəhər
Sumqayıt sumqayıtlıların
gözü ilə
Bu gün
nəinki Cənubi Qafqazda, eyni
zamanda dünyanın aparıcı
dövlətlərinin həyata keçirdikləri transmilli layihələr ölkəmizin iştirak
və razılığı olmadan
reallaşdırıla bilməz. Regionun həlledici söz və əməl sahiblərindən birinə
çevrilən Azərbaycanın əldə etdiyi
nailiyyətləri şərtləndirən mühüm
cəhətlərdən biri də
dünyanı bürüyən qloballaşma
prosesindən irəli gələn meyarların ölkə
reallıqları ilə məharətlə uzlaşdırılması,
onların respublikanın milli
maraqlarını təmin edəcək uğurlu
vəhdətinin yaradılmasıdır. Bütünlükdə
əldə edilən nailiyyətlər hər şeydən
öncə özünü
respublikamızda yaşayan insanların və
gündən-günə gözəlləşən şəhərlərin
həyatında birbaşa ehtiva
edir. Açıq etiraf
edək ki, bu gün dünyanı təəccübləndirən
proseslərdən biri də Azərbaycanda
insanların sosial həyatında
qazanılan uğurlardır. Yaşayış səviyyəsi
yüksəldikcə insanların cəmiyyət
qarşısında məsuliyyətləri də artır.
Əhali ona belə bir
şərait yaradanları dəstəkləməklə bu seçimdə
israrlı olduqlarını bildirirlər. Bu
gün inkişaf mexanizmi təkcə paytaxtımızı deyil, regionları da islahatlar mərkəzinə çevirən cahanşümül dövlət
proqramlarının uğurla yerinə
yetirilməsinə imkan yaradıb. Bu konteksdə Sumqayıt xüsusi
rola malikdir.
Ötən əsrin
simvol şəhərlərindən olan Sumqayıt sözün
həqiqi mənasında bu gün inkişafının yüksək mərhələsini
yaşayır. Bu mənzərəni şəhərdə
bir müddət olmayan
hər kəs görə bilər. Bu gün şəhərin elə bir küçəsi, məhəlləsi yoxdur ki, orada
yeniliklərə imza atılmasın. Bu göstəriciləri bir
qədər açıqlayaq. Sözün düzü, əldə edilən
nailiyyətləri, qazanılan uğurları, abadlaşan
şəhərin mənzərəsini sakinlərin dili ilə verməyi qərara aldıq. Əməkdaşımız
şəhərin ictimai həyatında
yaxından iştirak edən bu insanlarla görüşmüşdür.
Həmin müsahibələri sizə təqdim edirik.
Gülbahar Vəliyeva
Sumqayıtın qurucularındandır. O, ömrünün
Sumqayıtın yaşı qədər olanını bu şəhərin inkişafına sərf edib. Bu gün
sumqayıtlı olması ilə fəxr edən əmək
qabaqcılı bildirir:
- 1949-cu ildən
bəri Sumqayıt mənim gözlərim qarşısında
pillə-pillə böyüyüb. Ötən
əsrin 40-cı illərində yaradılan Sumqayıt gənclər
şəhəri deyə çağrılır. Məhz
ötən əsrin 70-ci illərindən başlayaraq
ümummilli lider Heydər
Əliyevin qayğısı nəticəsində bu şəhər təkcə
respublikamızda deyil, dünya
miqyasında tanınan yaşayış mərkəzinə çevrildi. Tikilən yeni
zavodlar, yaradılan sənaye müəssisələri
on minlərlə insanın iş yerinə çevrilirdi.
Həyatını bu şəhərə
bağlayanlar "sumqayıtlı" pasportuna da yiyələnirdilər.
Həmin dövrdə ikinci bir şəhər tapılmaz ki,
Sumqayıt kimi inkişaf
etsin və boz
çöllər nəhəng yaşayış binaları
ilə bəzənsin.
Üstündən
keçən müddət Sumqayıtı
respublikamızın aparıcı şəhərinə çevirib. Son illərdə
şəhərdə həyata keçirilən
tikinti-abadlıq işləri nəticəsində, necə deyərlər,
şəhərimiz Bakı standartlarına yaxınlaşıb.
Bu gün respublikada qəbul edilən Sumqayıt üslubu mövcuddur. Bütün bunların fövqündə
ölkə başçısının diqqət və
qayğısı durur.
Qafar Rəhimov, şəhər
sakini:
- Məqsədyönlü
dövlət siyasəti əhalinin sosial
rifahının davamlı olaraq
yaxşılaşması istiqamətində mühüm
nailiyyətlərin əldə olunması ilə müşayiət
edilir. Yaşanan inkişaf Azərbaycanın sosial-iqtisadi
həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin
simasında da aydın müşahidə olunur. Xarüqələr
diyarı kimi ad
çıxaran və əzəmətli görkəmini yenidən
bərpa edən, həyata keçirilən abadlıq-quruculuq
işləri nəticəsində dünyanın ən gözəl
şəhərləri sırasında yer
almağa layiq olan Sumqayıt həm də sürətli
inkişafın əsas ünvanlarından biridir.
Azərbaycanın əsas sənaye mərkəzinə
çevrilən
Sumqayıtın qısa zaman kəsiyində
həm də geniş quruculuq
məkanına çevrilməsinin ən ümdə səbəblərindən
biri ölkəmizin bütün
bölgələri kimi bu
şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı
göstərilməsidir. Digər tərəfdən
müxtəlif sferalar, o
cümlədən regionların inkişafına dair dövlət başçısı tərəfindən
təsdiq edilən müvafiq proqramlar da
Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, o
cümlədən infrastruktur sahələrinin
bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni
obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat
tərzinin təmin olunmasına müstəsna töhfələr
verib və verməkdədir. Qeyd edilənlər
belə bir mühüm
məqamın təsdiqi kimi
çıxış edir ki,
ölkəmizdə həyata keçirilən iqtisadi
siyasətin mahiyyətində duran əsas
məqam ilk növbədə xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın daha
qüdrətli bir ölkəyə
çevrilməsinə nail olmaqdır və
bu, Prezident
İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.
Mirzə
İsgəndərov, 8-ci mikrorayon sakini:
- Əlbəttə,
çox zaman insanlar onlara edilən
yaxşı və pislikləri düzgün
qiymətləndirə bilmirlər. Bəzən yaxşıya pis deyənlər də tapılır. Amma, necə deyərlər, görünən
kəndə bələdçi gərək deyil.
Regionların inkişafına dair
icrası uğurla davam
etdirilən ikinci Dövlət Proqramı
kontekstində Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu proses özünün
kifayət qədər müvəffəqiyyətli mərhələsini
yaşamaqdadır. Bunun nəticəsidir
ki, Sumqayıtın mövcud
potensialından daha səmərəli
istifadə etməklə burada ilk növbədə müxtəlif profilli sənaye sahələrinin
inkişafı sürətləndirilir. Bu
işdə sahibkarlara lazımi dəstək
göstərilir, şəhərin iqtisadi
cəhətdən hərtərəfli inkişaf
etdirilməsi həyata keçirilir. Qeyd edilənlərlə
bərabər şəhərin infrastruktur
təminatının yaxşılaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılması istiqamətində
tədbirlər davam etdirilir.
Həmçinin əhalinin kommunal xidmətlərlə
təminatının yaxşılaşdırılması, işsizliyin aradan
qaldırılması, məşğulluq səviyyəsinin
artırılması, yoxsulluğun səviyyəsinin
azaldılması həmişəki kimi xüsusi diqqət mərkəzindədir.
İradə Balayeva, müəllim:
-
Respublikamızda həyata keçirilən islahatlar
təhsil sahəsindən də yan
keçməmişdir. Bu gün Sumqayıtda tədris və
təlimin keyfiyyətinin yüksəldilməsi, məktəblilərin
milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı
şagirdlərin üzə çıxarılması istiqamətlərində
şəhərin təhsil müəssisələrində
müxtəlif tədbirlər həyata keçirilir.
Sumqayıtda elə bir təhsil
ocağı yoxdur ki, orada dərslər müasir
texnologiyaların köməyi olmadan keçirilsin. Respublikamızın ali məktəblərində təhsil alan və yüksək balla
universitetlərə qəbul olunan gənclərin
böyük bir hissəsi
Sumqayıt təhsilinin yetirmələridir.
Sumqayıtda
keçirilən təhsil yarışları ilə
yanaşı gənclərin hərbi
vətənpərvərlik tərbiyəsi də ön plana çəkilir.
Ötən il istifadəyə verilən və
Sumqayıtın vizit kartına çevrilən
Bayraq meydanında keçirilən tədbirlər,
idman yarışlarında şagirdlərin
iştirakı
buna canlı sübutdur.
Azərbaycan dövlətçiliyinin tarixinə, elmi əlaqələrin
inkişafına həsr olunan konfranslar, diskussiyalar Sumqayıtda təhsilin yüksəlişini
təmin edən amillərdəndir.
Məhz ölkə
başçısının diqqət və
qayğısı nəticəsində Sumqayıtın təhsil
ocaqları təmir edilir. Sumqayıtın
çoxminli müəllim ordusu
bütün bunlara
görə ölkə başçısına və Heydər
Əliyev Fondunun prezidenti,
UNESCO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdardırlar.
Cəmilə
Əliyeva, evdar qadın:
- Bu gün şəhərimizdəki
yeniliklərdən biri də nümunəvi
məhəllələrin yaradılmasıdır. Artıq
Sumqayıtda bir neçə belə
nümunəvi məhəllələr sakinlərin
ixtiyarına verilib.
Yaşadığım 2-ci mikrorayon da nümunəvi məhəllərlərdən
birinə çevrilməkdədir. Respublika
Prezidenti
İlham Əliyevin
tapşırığı ilə
yaşadığımız binanın fasadı təmir edilmiş, yaşayış şəraitimiz ideal hala gətirilmişdir.
Əvvəllər qaranlıq küçələrlə
yeriməkdən yorulanlar bu
gün işıq seli
ilə rahat hərəkət edə bilirlər.
Həmid Quliyev, şəhər sakini:
- Sumqayıt
şəhəri yarandığı ilk
gündən minlərlə gəncin həyat ünvanına çevrilib. Açıq etiraf
edək ki, əvvəlki illərdə elə
bil şəhərdə bir
süstlük əmələ gəlmişdi. Son illər
Sumqayıtda bayramları, əlamətdar günləri, tarixi şəxsiyyətlərin anma mərasimlərini təntənə ilə
qeyd etmək artıq adət şəklini
alıb. Bu gün
Sumqayıtda təmir edilən parklar,
istirahət guşələri, nümunəvi məhəllələr
şəhər əhalisinin məmnunluqla qarşıladıqları
haldır.
Görülən
işlər çərçivəsində ölkə əhəmiyyətli
tarixi abidələrin siyahısına
salınmış Nəsimi istirahət parkının dənizə
doğru ərazisindən yeni
magistral yol çəkilməsi
istiqamətində hazırlanan layihə və görülən
işlər xüsusilə qeyd
olunmalıdır.
Sumqayıtda əhali park və istirahət
guşələrinə vaxtaşırı müraciət edir. Xəzərin sahilində yerləşən
Sumqayıtda dəniz ətrafının küləkli
olmasına baxmayaraq, əhali hər axşam - isti yay axşamlarında da,
yağışlı, qarlı günlərdə də eyni həvəslə gəzintiyə
çıxmağı sevir. Hazırda Sumqayıtın bir çox park və bağlarında abadlıq işləri
geniş vüsət alıb. Bütün bunlar şəhər
əhalisinə göstərilən qayğı kimi dəyərləndirilməlidir. Bu gün bir gənc ailə olaraq biz imkan
tapan kimi istirahət
etmək və asudə vaxtı səmərəli keçirmək
üçün çətinlik çəkmədən
Nəsimi parkına, Heydər
parkına, yaxud da
şəhərin digər ərazilərində salınan
istirahət guşələrinə yollanırıq.
Yaradılan şərait isə hamının ürəyincədir.
Gülnarə
Rəhimova, tələbə:
-
Respublikamızda həyata keçirilən gənclər
proqramı uğurla davam
etdirilir. Sumqayıtlı gənclər
bu inkişafın önündə gedirlər
desəm, səhv etmərəm. Ötən illərin
yaralı yerlərindən biri olan işsizlik gənclərimizi
iş axtarmaq üçün didərgin vəziyyətinə
salmışdı. Bir faktı nəzərinizə
çatdırım ki, əvvəllər
şəhərin küçələrində
günün müxtəlif
çağlarında dolanan gənclərimizə
rast gəlmək olurdu.
Şükür ki, bu gün sumqayıtlı
gənc belə bir problemdən kənardır.
Şəhərimizdə yeni yaradılan
müəssisələrin sayı o qədər
çoxdur ki, bəzən
insan seçim etməkdə
çətinlik çəkir. Ötən illərdə gənclərimizin
böyük hissəsi səhər tezdən
iş dalınca Bakıya
yollanırdısa, bu gün
paytaxtdan yüzlərlə insan Sumqayıtın müəssisələrində
çalışmaq üçün buraya təşrif buyurur.
Bir məsələyə xüsusi olaraq toxunmaq istərdim. Bir
neçə il əvvəl internetdə
şəhərimizin adını axtarışa verəndə
Sumqayıt hadisələrindən başqa
bir şeylə rastlaşmırdın. Bu gün hansı internet portalına müraciət etsək,
Sumqayıtın inkişafını özündə əks
etdirən süjetlərlə üzləşəcəyik.
Bu gün
dünyanın müxtəlif ölkələrinə etdiyimiz səfərlər zamanı şəhərimiz
barədə çox danışa bilirik. Artıq Azərbaycan Prezidentinin təşəbbüsü ilə
Sumqayıtda nəinki ölkə miqyasında, nəinki
bölgədə, hətta Cənubi
Qafqazda ən böyük
texnologiyalar parkı ərsəyə gətirilib.
Şəhərin yeni şansı kimi dəyərləndirilən Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti nəticəsində
Sumqayıtın ölkə iqtisadiyyatında tutduğu mövqe daha güclü hala gəlib. Bu, həm də bütünlükdə
respublikamızın bölgələrinin Sumqayıtla əlaqələrinin
yaranması və inkişafı deməkdir. Ölkə
başçısının digər bir
sərəncamı ilə Sumqayıtda Yüksək Texnologiyalar Parkının yaradılması
istiqamətində işlər görülür.
Bütün bunlar gələcəyə
hesablanan, möhkəm təməl üzərində
qurulan inkişafdır.
Namis Şirməmmədov, tibb işçisi:
-
Yarandığı gündən bəri Sumqayıt həmişə
diqqət mərkəzində olub desək,
heç də səhv etmərik. Lakin son 10 ilin
inkişafı Sumqayıtı xarüqələr şəhərinə
çevirib. Bu gün Sumqayıtda insan
kapitalının müdafiəsi, mühafizəsi istiqamətində
aparılan işlərin miqyası o qədər
genişdir ki, nədən
başlamaq barədə çətinlik
çəkirsən.
Sumqayıtın
tibb müəssisələrinin maddi-t
exniki
bazasının möhkəmləndirilməsi istiqamətində
son 10 ildə xeyli iş görülüb.
Ölkə başçısının müvafiq
sərəncamı ilə 1 nömrəli şəhər xəstəxanasında
yenidənqurma, əsaslı təmir işləri başa çatmaq üzrədir. Bu gün Sumqayıtın bütün
ərazisini əhatə edən tibbi
yardım stansiyaları var. Son bir ildə Sumqayıt
stansiyası və Tuğ zavodunun
yerləşdiyi yaşayış massivlərində yeni tibb məntəqələri
yaradılıb. Həmin məntəqələrdə həftənin
bütün günləri tibb
personal əhalinin sağlamlığı
keşiyində dayanıb.
Şəhərin
ucqar zonalarında yaşayan
əhalini kütləvi tibbi müayinə
etmək üçün şəhərin
müxtəlif yaşayış massivlərində və qəsəbələrində
səyyar tibbi müayinələr
aparılmış, aşkar edilən xəstələr
qeydiyyata alınmış, ehtiyacı olan xəstələr stasionar
müalicəyə
cəlb olunmuşlar. Eləcə
də, tibbi xidmətlərin keyfiyyətinin
daha da yüksəldilməsi,
əhalinin sağlamlığının
yaxşılaşdırılması, orta
ömür müddətinin
uzadılması, əhalinin bütün təbəqələrinin
keyfiyyətli tibbi xidmətlə təmin
edilməsi sahəsində mühüm
nailiyyətlər əldə edilib.
Bu siyahını nə qədər
desən, uzada bilərik. Bütün
bunlar dünənin deyil,
bugünün təzahürləridir. İnsana qayğı göstərən və
bunu özündə əks etdirən
dövlət proqramları əhalinin
sağlamlığına yönələn bir
xətdir. Bu, ölkə
başçısının xəttidir və biz
onu dəstəkləyirik.
Zaur Səfixanov, şəhər
sakini:
- Sumqayıt böyük sənaye şəhəri olsa da, yaşına
görə gəncdir. Bünövrəsi 1939-ci ildə sənaye
səhəri kimi qoyulub.
İkinci Dünya
müharibəsi illərində dayandırılan tikinti alman faşizmi
üzərində qələbədən sonra
davam etdirilib. 1949-cu
ildə ona şəhər statusu verilib. Uzun illər Sumqayıt gənclər və sülh şəhəri kimi
tərənnüm edilirdi. Maraqlısı
odur ki, məşhur rəssam
Pikassonun ağ göyərçinlə
bağlı müxtəlif əsərlərinə "Sülh göyərçini" adı verilib. Daha doğrusu,
Sumqayıtın şəhər statusu
aldığı 1949-cu ildə Pikassonun da ağ göyərçini
sülh rəmzi kimi qəbul
edilib. Sülh şəhərində
ucaldılan "Göyərçin" abidəsinin də Pikassonun göyərçini ilə belə maraqlı
bağlılığı var. Son illər
şəhər icra hakimiyyəti
Sumqayıtın keçmişi və tarixi ilə bağlı bütün
abidə və parklara xüsusi
diqqət yetirir, onların insanların
istirahət mərkəzlərinə, gəzinti və
maraqlı tədbirlərin təşkil edildiyi
məkana çevrilməsi üçün
əlindən gələni əsirgəmir.
Bu gün
Sumqayıtda təmir edilən parkları, istirahət guşələrini,
nümunəvi məhəllələri şəhər əhalisi
məmnunluq və razılıq hissi ilə
qarşılayır. Həyata keçirilən yenidənqurma və abadlıq
işləri şəhərin ümumi
memarlığına yeni çalarlar
əlavə edib. Bu
sırada yenidənqurma və təmir işlərindən sonra əhalinin istifadəsinə verilmiş "Göyərçin" abidəsi
Sumqayıtın vizit kartına çevrilmişdir. Nəsimi
adına mədəniyyət və istirahət parkının
mərkəzində yerləşən bu
abidə bir müddət əvvəl
baxımsızlıq ucbatından əvvəlki görkəmini
itirmişdi. Ölkə
başçısı Sumqayıta səfəri zamanı həmin
abidəni ziyarət etmiş və yenidənqurulması
üçün tövsiyə və
tapşırıqlarını vermişdi.
Artıq "Göyərçin" abidəsi yenidən qurulmuş, onun ətrafında
abadlıq işləri görülmüşdür.
Ətrafa tamet döşənmiş,
işıqlandırma sistemləri yenilənmiş, abidənin
dövrəsinə müasir oturacaqlar düzülmüşdür.
Tarix uğurla yaşanarsa, gələcək çətin və
səksəkəli olmaz. Bu
gün dünyanın bir
çox ölkələri ilə qardaşlaşan Sumqayıt adı və
gözəlliyi ilə dillər əzbəri olan
şəhərlərlə birgə çəkilir. Bu, sumqayıtlılarda bir
qürur hissi
yaşadır. Bütün bunlara görə isə öncə ölkə
başçısına minnətdarıq. Çünki
şəhərimizə göstərilən hər hansı
qayğının mərkəzi Azərbaycan Prezidenti
İlham Əliyevin diqqətinin nəticəsidir.
Hacı Rauf, Sumqayıt Cümə məscidinin axundu:
- Bu gün dünya
miqyasında Azərbaycanı fərqləndirən əsas
xüsusiyyətlərdən biri yüksək
tolerantlıq, dini dözümlülük
mühitinin mövcudluğudur.
Tolerantlığı ilə seçilən
Sumqayıtın dindarları Cümə məsçidinin
yenidənqurulması üçün
ölkə başçısına müraciət etdilər
və Azərbaycan Prezidentinin
tapşırığına əsasən Sumqayıt Cümə
məsçidində hazırda təmir işlərinə
başlanıldı. Bu günlərdə
həmin məscid yenidən qurularaq
şəhər dindarlarının ixtiyarına verilib. Bu gün
şəhərin hansı ərazisində yaşamasından
asılı olmayaraq əhalini yuxudan - azan səsi
oyadır. Əvvəllər müqəddəs bayramların
keçirilməsində də çətinliklər mövcud idi. Bu gün belə tədbirlərin
keçirilməsi üçün geniş məscidimiz var. Onu da bildirim
ki, dinin, imanın olduğu yerdə bolluq, bərəkət,
sabitlik olar. Bir neçə
gün öncə şəhər
dindarları bir araya gələrək
məsciddə tədbir də keçirdilər. Çox sağ olun ki, həmin mərasimi
qəzetiniz yüksək səviyyədə
işıqlandırdı. Həmin mərasimdə qərara
alındı ki, növbəti prezident seçkilərində sumqayıtlı
dindarlar hazırkı ölkə
başçısı Prezident İlham Əliyevin namizədliyini dəstəkləsinlər.
Bu gün
tərəqqisi hərtərəfli xarakter
daşıyan Azərbaycanın əldə etdiyi
nailiyyətlərdə Sumqayıtın özünməxsus
payı vardır və ümumi inkişafa şəhərin verdiyi
töhfələr ildən-ilə artır. Dünyanın
gözəl şəhərlərindən sayılan
Bakının beş-on
addımlığında "yaşamaq"
şansı Sumqayıtın imicini bir qədər də yüksəltmişdir.
Açıq etiraf edək ki,
yaranışından 65 ilə yaxın bir
zaman keçməsinə baxmayaraq,
Sumqayıtın əldə etdiyi
uğurların miqyası genişdir.
Ötən hər il xarüqələr
şəhərinin simasını daha
cazibədar, daha gözəl edir. Bütün
bunların kökündə isə ölkə
başçısının Sumqayıta göstərdiyi diqqət
və qayğı durur. Bundan
sonra da qarşıya qoyulan hədəflərə
çatılması üçün həmişəki
kimi Sümqayıt sakinlərinin əzmlə,
şövqlə çalışacağı şübhəsizdir.
Akif ƏLİYEV
Azərbaycan. - 2013.- 15 avqust.- S. 10.