Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısı çərçivəsində
konsert keçirilmişdir
Azərbaycan,
Türkiyə və Qırğızıstan prezidentləri
konsertdə olmuşlar
Avqustun 15-də Qəbələdəki
Mədəniyyət sarayında
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
III Zirvə toplantısı
çərçivəsində konsert təşkil edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti
Abdullah Gül və Qırğız Respublikasının
Prezidenti Almazbek Atambayev konsertdə olmuşlar.
Konsertdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti
Abdullah Gülə və
Qırğızıstan Prezidenti
Almazbek Atambayevə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
- TÜRKSOY-un yaradılmasının 20-ci
ildönümü münasibətilə
xatirə hədiyyələri
təqdim olundu.
Sonra Azərbaycan,
Türkiyə və Qırğızıstan prezidentləri
qısa söhbət etdilər.
Salona toplaşanlar dövlət başçıları
İlham Əliyevi,
Abdullah Gülü və
Almazbek Atambayevi hərarətlə qarşıladılar.
Konsertdə xalq artisti Teymur
Göyçayevin dirijorluğu
ilə Qara Qarayev adına
Dövlət Kamera Orkestrinin ifasında türkdilli xalqların musiqiləri səsləndi.
Hazırda türkdilli ölkələr arasında mədəniyyət
məsələlərinə böyük
diqqət göstərilir. Bu sahədə
əməkdaşlıq bütün türkdilli dövlətlər arasında prioritet elan edilmişdir. Təsadüfi deyildir
ki, türkdilli ölkələrin
dövlət başçılarının zirvə
toplantılarında mədəniyyət sahəsində əməkdaşlığın
perspektivləri mütəmadi olaraq
vurğulanır. Bu prosesə türkdilli dövlətlərin ortaq təşkilatı olan
TÜRKSOY da öz
töhfəsini verir. Təşkilatın
xətti ilə hər il türkdilli
ölkələrin müxtəlif şəhərlərində
reallaşan tədbirlər
xalqlarımız arasında mədəni telləri daha da möhkəmləndirir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası da türkdilli
ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi
işinə layiqli töhfələr verir.
AzərTAc
Azərbaycan. - 2013.- 16 avqust.- S. 1.