Prezident İlham
Əliyev Oğuzda inşa
edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi
ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
14-də Oğuzda inşa
edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi
ilə tanış olmuşdur.
Dövlət
başçısı Mərkəzin maketinə və layihəsini
əks etdirən filmə baxdı. Məlumat verildi
ki, Mərkəzin tikintisinə 2013-cü ilin mayında başlanmışdır. Orijinal layihə əsasında tikilən Mərkəzdə
inşaat işləri sürətlə davam etdirilir. Üçmərtəbəli
binanın ümumi sahəsi 7 min 500 kvadratmetrdir.
Binanın zirzəmisində avtomobil
dayanacağı, yeməkxana və texniki
avadanlıq üçün otaqlar fəaliyyət göstərəcəkdir.
Mərkəzdə ümummilli liderin möhtəşəm büstü
ucaldılacaqdır. Yeni Mərkəzin
yaradılması Oğuzda ulu
öndərin zəngin irsinin təbliğində
və öyrənilməsində
mühüm rol
oynayacaqdır.
Dövlət
başçısı mərkəzin tikintisini
əks etdirən sxemlər və fotolarla
tanış oldu. Tikinti
işlərinin 2014-cü ilin sonunadək başa çatdırılması və Mərkəzdə
25-30 nəfərin daimi işlə təmin
olunması nəzərdə tutulur.
Dövlət
başçısına məlumat verildi ki, Oğuzda ulu öndərin adını daşıyan
prospektdə inşa edilən Heydər
Əliyev Mərkəzi şəhərin görünüşünü
daha da zənginləşdirəcəkdir.
Prezident İlham
Əliyev Mərkəzdə tikinti işlərinin
gedişi ilə tanışlıqdan sonra müvafiq
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 16 avqust.- S. 2.