Oğuzda 2 nömrəli körpələr
evi-uşaq bağçası istifadəyə
verilmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
14-də Oğuz rayonuna
səfəri çərçivəsində dövlət vəsaiti
hesabına tikilən 2 nömrəli körpələr evi-uşaq bağçasının
açılışında iştirak etmişdir.
Dövlət
başçısı körpələr evi-uşaq
bağçasının rəmzi
açılışını bildirən lenti
kəsdi.
Uşaqların keyfiyyətli təhsil və dünya
standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi,
hərtərəfli qayğı ilə əhatə
olunması, onlar üçün
zəruri şəraitin yaradılması, böyüməkdə
olan nəslin layiqli vətəndaş
kimi formalaşması Azərbaycanda
dövlət uşaq siyasətinin başlıca
prinsiplərindəndir. Heydər Əliyev Fondu
da həmin istiqamətdə vacib layihələr həyata keçirir.
Bu istiqamətdə müvafiq
dövlət proqramlarının qəbul edilməsi və həyata
keçirilməsi davamlı xarakter daşıyır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə
mərkəzləri tikilir, internat və orta məktəblər
əsaslı şəkildə yenidən qurulur.
Respublikamızın bütün bölgələrində
olduğu kimi, Oğuz şəhərində də yeni inşa olunan uşaq
bağçası bu sahədə
aparılan islahatların növbəti əyani nümunəsidir.
Dövlət
başçısına məlumat verildi ki, burada
genişmiqyaslı tikinti-abadlıq
işləri aparılmış, uşaqların asudə
vaxtlarının səmərəli təşkili üçün lazımi şərait
yaradılmışdır. Binanın foyesi
və otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident
İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın uşaqlara qayğısını əks etdirən
fotolara geniş yer verilmişdir. Körpələr
evi-uşaq bağçasının ərazisində
əyləncə qurğuları quraşdırılıb və
müxtəlif guşələr yaradılmışdır. Müasirliyi ilə seçilən yeni uşaq
bağçasının binası sürətlə inkişaf edən Oğuz
şəhərinə əlavə yaraşıq verir.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, körpələr evi-uşaq
bağçanın binasının inşasına 2012-ci ildə
başlanılmışdır. İkimərtəbəli
binanın ümumi sahəsi 1510 kvadratmetrdir. Körpələr evi-uşaq
bağçasında 26 nəfərin daimi
işlə təmin olunması nəzərdə tutulmuşdur. Burada
uşaqların mənalı istirahəti, onların dünyagörüşünün və
hazırlıq səviyyələrinin artırılması üçün hər cür
şərait yaradılmışdır. Uşaqların istirahət
otaqlarında müxtəlif nağıl və cizgi
filmlərinin əsas səhnələrinin böyük
fotoları yer almışdır.
Prezident İlham
Əliyev körpələr evi-uşaq
bağçasında yaradılan şəraitdən
razılığını bildirdi, müvafiq tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 16 avqust.- S. 3.