Şəkidə
Aşağı Küngüt-Aydınbulaq avtomobil
yolu yenidənqurmadan sonra
açılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
14-də Şəkidə Aşağı
Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlət
başçısı bu avtomobil
yolunun bərpadan əvvəlki və
sonrakı görüntülərini əks etdirən stendlərə
baxdı.
Prezident İlham
Əliyev yolun rəmzi
açılışını bildirən lenti
kəsdi.
Azərbaycan
Prezidentinə yolun texniki-iqtisadi
göstəriciləri barədə məlumat verildi.
Bildirildi
ki, 8 min nəfər əhalinin
yaşadığı 8 məntəqəni - Aşağı Küngüt, Çapağan,
Çolaxlı, Fazıl, İbrahimkənd, Cəfərabad,
Əliyar və Aydınbulaq kəndlərini birləşdirən
bu yolun yenidən
qurulmasına böyük ehtiyac
var idi.
Ümumi uzunluğu
30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan
avtomobil yolunun yenidən
qurulmasına 2012-ci ilin dekabrında
başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin
avtomobil yollarının yenidən qurulması
ilə bağlı verdiyi
tapşırıqlar əsasında inşa
olunan bu yolun mühüm əhəmiyyəti
vardır. Çünki bu
yol həm də bır sıra
rayonlararası magistral avtomobil
yollarına birləşir.
Diqqətə
çatdırıldı ki, layihənin ümumi smeta dəyəri
8 milyon 200 min
manatdır. Yol boyunca körpü, bir sıra keçid, su keçidləri
və 8 avtomobil dayanacağı tikilmişdir. Yüksək standartlara
uyğun inşa olunmuş bu yolun yenidən qurulması yük
və sərnişin avtomobillərinin hərəkətindəki
bütün maneələri aradan qaldırmış, kənd sakinlərinin
rahat gediş-gəlişini təmin etmişdir.
Dövlət
başçısı yeni yolda avtomobili idarə etdi.
AzərTAc
Azərbaycan. - 2013.- 16 avqust.- S. 4.