«Şəki
Xanlarının evi» ilə
tanışlıq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
14-də Şəkiyə səfəri çərçivəsində
"Şəki Xanlarının evi"nin açılışında da iştirak etmişdir.
Son illərdə ölkədə
mədəniyyət sahəsi də yüksək səviyyədə
dövlət qayğısı ilə əhatə olunmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva regionlara
səfərləri zamanı mədəniyyət obyektləri
ilə də yaxından tanış olurlar.
Dövlət başçısı lazım gəldikdə
onların yenidən qurulması ilə bağlı
tapşırıqlarını verir. Xatırladaq ki, 2006-cı il aprel ayının 13-də
Prezident İlham
Əliyevin Şəkiyə səfəri zamanı uzun illər ərzində əsaslı təmir
edilməyən və yararsız vəziyyətə düşmüş "Şəki
Xanlarının evi"nin
təmir edilməsi barədə dövlət
başçısının tapşırığına əsasən
XVIII əsrə aid bu
tikili yenidən qurulmuşdur.
Dövlət
başçısı binanın, Heydər Əliyev və
M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və
sonrakı görüntülərini əks etdirən stendlərə
baxdı.
Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, "Şəki
Xanlarının evi"nin
bərpası işlərinə 2012-ci ilin
noyabrında başlanılmışdır. Altı
otaqdan, dörd dəhlizdən
və iki eyvandan ibarət
bina çiy kərpicdən
tikilmiş, pəncərələri şəbəkə
üsulu ilə düzəldilmişdir.
Ərazisi 700 kvadratmetr olan
binanın yenidən qurulması Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında
aparılmışdır. Otaqlardan biri xüsusi rəsmlərlə
bəzədilib və qonaq otağı kimi nəzərdə tutulmuşdur.
Diqqətə
çatdırıldı ki, XVIII əsrə
aid tarixi abidə olan "Şəki Xanlarının evi" ilk dəfədir təmir
edilir. Bərpa işləri
həyata keçirilərkən binanın tarixi
görkəmi saxlanılmışdır. İkimərtəbəli
binanın əsas otağında milli
ornamentlərə uyğun olaraq
Azərbaycan tarixini əks etdirən şəkillər
və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin
portretləri əks olunmuşdur. Mədəniyyət
və Turizm Nazirliyinin
əmrinə əsasən "Şəki Xanlarının evi" abidə-muzey kimi fəaliyyət
göstərəcəkdir. Sonra abidənin hər bir
otağı öz təyinatına uyğun olaraq eksponatlarla təmin ediləcəkdir.
Ümumilikdə, Şəkidə 84 dünya
və yerli əhəmiyyətli
memarlıq abidəsi vardır. "Şəki
Xanlarının evi" isə Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində fəaliyyət
göstərir. Həmin qoruqda
"Şəki Xanlarının evi"
ilə yanaşı, qeydiyyatdan keçən
25 abidə vardır.
Prezident İlham
Əliyev görülən işlərdən
razılığını bildirdi.
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 16 avqust.- S. 5.