Düşmən cavab atəşi ilə susdurulmuşdur
Ermənistan
ordusunun bölmələri avqustun 14-də və 15-də gecə Azərbaycan
Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli,
Xocavənd rayonunun Kuropatkino,
Goranboy rayonunun Tap Qaraqoyunlu, Ağdam rayonunun
Yusifcanlı, Tərtər rayonunun
Çaylı, Çiləbürt kəndləri
yaxınlığında və Göygöl
rayonunun ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Azərbaycan Silahlı
Qüvvələrinin mövqelərini atəşə tutmuşlar. Müdafiə Nazirliyinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, düşmən cavab
atəşi ilə susdurulmuşdur.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 6.