Azərbaycan-ABŞ
münasibətlərinin yüksələn xətt üzrə
inkişafından məmnunluq ifadə olunmuşdur
Bakıda səfərdə
olan ABŞ Konqresi
üzvlərinin köməkçiləri avqustun
15-də Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvləri ilə görüşmüşlər.
AzərTAc xəbər
verir ki, komitənin sədri
Səməd Seyidov qonaqlara
ölkəmizin keçdiyi yol haqqında məlumat vermişdir.
Bildirmişdir ki, 22 il bundan əvvəl dövlət müstəqilliyini
bərpa edən Azərbaycan özünün
enerji ehtiyatlarından məqsədyönlü
istifadə sayəsində hərtərəfli inkişaf
yoluna qədəm qoymuşdur.
Ölkəmiz bir sıra regional
və beynəlxalq səviyyəli layihələrin təşəbbüskarı
və iştirakçısıdır.
Qeyd edilmişdir ki, zəngin
tarixə və mədəniyyətə malik
dünyəvi dövlət olan Azərbaycan
bu gün
inkişafının yeni mərhələsini
yaşayır və başqalarına nümunə ola biləcək tolerantlıq ənənələri
ilə fərqlənir.
Azərbaycan
torpaqlarının 20 faizinin Ermənistan
silahlı qüvvələri tərəfindən işğal olunduğunu
qonaqların diqqətinə çatdıran Səməd Seyidov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən,
bir milyondan çox azərbaycanlının doğma torpağında qaçqına və məcburi
köçkünə çevrilməsindən
danışmışdır. Bildirmişdir
ki, münaqişənin həll
olunmaması regional sabitliyə təhlükədir
və enerji mənbələrinin
inkişafına, iqtisadi və demokratik islahatların həyata keçirilməsinə
maneçilik törədir.
Azərbaycan-ABŞ
münasibətlərindən söhbət açan
Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Asim
Mollazadə və Sahibə Qafarova ölkələrimiz
arasındakı əlaqələrin yüksələn xətt
üzrə inkişafından məmnunluqlarını ifadə
etmişlər.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 8.