ÜDM istehsalı
5 faiz artıb
Qeyri-neft
sektorunun ümumi daxili məhsulda xüsusi
çəkisi isə 55 faizə yaxındır
Dövlət Statistika Komitəsinin son məlumatına
görə, cari ilin yanvar-iyul aylarında ölkədə 32,3 milyard manatlıq və ya əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul
(ÜDM) istehsal edilmişdir.
ÜDM-in əhalinin hər nəfərinə
düşən həcmi 3,7 faiz artaraq 3484,7 manat (4441,3
ABŞ dolları) təşkil etmişdir.
Əlavə
dəyərin 63,8 faizi istehsal
sahələrində, o cümlədən
47,7 faizi sənayedə, 10,8 faizi tikintidə, 5,3 faizi kənd
təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıqda istehsal olunmuş, 29,7 faizi isə
xidmət sahələrinin payına düşmüşdür. Məhsula
və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil
etmişdir.
Xidmət sektorunda əlavə dəyər istehsalının
25,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri,
18,8 faizi nəqliyyat və anbar təsərrüfatı,
7,2 faizi turistlərin yerləşdirilməsi və
ictimai iaşə, 5,8
faizi informasiya və rabitə, 43 faizi sosial və
digər xidmət sahələri tərəfindən
təmin edilmişdir.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi
54,8 faiz təşkil etmişdir. Neft-qaz hasilatı və emalı sahələrində
ötən ilin eyni dövrü ilə müqayisədə
0,6 faiz az
əlavə dəyər
istehsal edilmişdir.
Məlumatda
daha sonra bildirilir ki, cari ilin 7 ayında əvvəlki
ilin eyni dövrü ilə müqayisədə tikintidə
əlavə dəyər 33,8, turistlərin yerləşdirilməsi
və ictimai iaşə xidmətləri
sahəsində 20, ticarət və nəqliyyat vasitələrinin
təmiri üzrə xidmətlər sahəsində 9,2, informasiya və
rabitə xidmətlərində 6,9, kənd təsərrüfatı,
meşə təsərrüatı və
balıqçılıqda 4,8, nəqliyyat və anbar təsərrüfatında 4,2, sosial və digər xidmət sahələrində
3 faiz artmışdır.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 9.