Əhalinin
etibarlı ərzaq təminatı
sosial
dayanıqlığın, iqtisadi sabitliyin və hərbi gücün
başlıca meyarıdır
Müasir dövr dünya miqyasında ildən-ilə ekoloji tarazlığın pozulması,
ətraf mühitə
texnogen və antropogen amillərin mənfi təsirlərinin
çoxalması, elmin
son nailiyyətləri əsasında
geni modifikasiya olunmuş bitki sortlarının yaradılması,
yeniləşən aqrobiosenozlar
mədəni bitkilərin
genetik ehtiyatlarının
mühafizəsi və
onlardan səmərəli
istifadə olunması
problemini aktuallaşdırmışdır.
Dünya alimləri
hazırda əhalinin ərzaq təminatının
yaxşılaşdırılması probleminin
həlli yolunu mədəni bitkilərin genetik ehtiyatlarinin
mühafizəsi və səmərəli istifadəsi üçün milli
genbankların yaradılmasında, bu
istiqamətdə beynəlxalq aləmdə infomasiya
və təcrübə mübadiləsinin yaradılmasında, onlardan kənd təsərrüfatında və
elmi-praktiki işlərdə istifadə
olunmasında görürlər. Bu məqsədlə
də inkişaf etmiş
ölkələrdə mədəni bitkilərin genetik ehtiyatlarından ibarət irimiqyaslı milli genbanklar
yaradılır. Azərbaycanda da belə bir Milli Genbankın
yaradılması haqqında qanunun qəbul
edilməsi dövrümüzün tələbidir
və təqdirəlayiqdir.
İnkisaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda,
o cümlədən Naxçıvan Muxtar Respublikasında mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi,
müxtəlif seleksiya üsulları ilə
zənginləşdirilməsi və onlardan
səmərəli istifadə olunması müasir
dövrdə ən aktual problemlərdən
biridir.
2011-ci il dekabrın 13-də
Azərbaycanda "Mədəni bitkilərin genetik
ehtiyatlarinin mühafizəsi və səmərəli
istifadəsi haqqında" qanun qəbul edilmiş və bu qanunun tətbiqi ilə bağlı Prezident iki fərman
(2012-ci il 7 fevral tarixli 576 saylı və 2012-ci il
17 iyul tarixli 690
saylı) imzalamışdır. Qanunda Milli
Genbankın yaradılması üçün
ümumi müddəalar, mədəni
bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi sahəsində
idarəetmənin əsasları,
mədəni bitkilərin genetik
ehtiyatları ilə bağlı fəaliyyətə dövlət
nəzarətinin təşkili, mədəni bitkilərin
genetik ehtiyatları üzərində
mülkiyyət, qanunvericiliyin
pozulmasına görə məsuliyyət və mübahisələrin
həlli yolları müəyyənləşdirilmişdir. Qanunun məqsədi
mədəni bitkilərin milli genofondunun qorunması, ondan
səmərəli istifadə olunması və onu
gələcək nəsillərə ötürməklə
dövlətin ərzaq, ekoloji və bioloji ehtiyatlarınin təhlükəsizliyinin
yaxşılaşdırılmasını təmin etməkdən
ibarətdir. Bu qanun Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci
və 20-ci bəndlərinə əasasən, mədəni
bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla
genetik ehtiyatlarının ərzaq məhsulları
istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat,
seleksiya və maarifləndirmə fəaliyyəti,
habelə indiki və gələcək
nəsilləruin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi
irsin mühafizəsi üçün
qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən
edir.
"Mədəni
bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi
haqqında" qanunun tətbiqi ilə
bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
Nazirlər Kabinetinin 13 noyabr
2012-ci ildə 259 saylı qərarı olmuşdur. Qərara görə, mədəni
bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi üzrə
idarəetmə sisteminə daxil olan Elmi Texniki
Şura yaradılmalıdır. Qanunun icra mexanizmi
ilə əlaqədar bir sıra sənədlər,
o cümlədən qaydalar
və əsasnamələr qəbul edilmiş,
müvafiq təşkilati işlər
yerinə yetirilmişdir. Qərarda
ölkədən çıxarılmasına nəzarət
edilən mədəni bitkilərin ölkənin milli genofonduna aid bitkilərin, onların genetik
materiallarının siyahısı, müasir
biotexnoloji və gen
mühəndisliyi metodları ilə yaradılmış kənd
təsərrüfatı bitki
materiallarının elmi-tədqiqat, sınaq və sərgilərdə
nümayişi məqsədilə idxal qaydaları və s.
müəyyənləşdirilmişdir. Hazırda qanuna müvafiq olaraq ekspert şuraları
və işçi qrupları
yaradılaraq iş və təqvim
planlarının hazırlanması prosesi gedir. Bütün bu işlərdə beynəlxalq şəbəkələrin,
xüsusən ECPGR-nin təcrübəsindən
istifadə edilir.
Mədəni
bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi sahəsində
fəaliyyətin əsas prinsiplərinə ekoloji,
iqtisadi və sosial
maraqların elmi əsaslarla
uzlaşdırılması, fəaliyyət proqramında
aqrofitomüxtəlifliyin qorunub
saxlanılması, aqroekosistemlərin təbii və sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə
alınması, antropogen çirklənmənin
müəyyənləşməsi və
qarşısının alınması üçün
elmi konsepsiyaların hazırlanması, xarici ölkələrdən daxil
olan genetik modifikasiya edilmiş,
xüsusilə heyvan genləri köçürülmüş bitkilərin müəyyənləşdirilməsi
və yayılmasının qarşısının
alınması, xalq seleksiyası və
müxtəlif genetik üsullarla
yaradılan yeni sortların genetik paşportlaşdırılması daxildir. Mədəni bitkilərin genetik pasportlaşdırılması onlardan daha dolğun
istifadə edilməsi imkanı yaradır.
Qanuna uyğun olaraq, Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı, Ekologiya və Təbii
Sərvətlər nazirliklərinin, eləcə də
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və
səmərəli
istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi
Texniki Şura
yaradılmış və AMEA-nın Genetik
Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut
kimi müəyyən edilmişdir.
Ölkənin
müxtəlif iqlim qurşaqlarında
yayılan mədəni bitkilərin genofondunun
toplanması, onlardan ibarət dövlət
əhəmiyyətli milli kolleksiyaların
yaradılması gələcəkdə genetik
ehtiyatların qorunmasına, onların toxumçuluq
və tinglik təsərrüfatlarında
artırılması nəticəsində əhalinin ekoloji
təmiz ərzaq məhsulları ilə təmin olunmasında
mühüm rol oynayacaq. Mədəni bitkilərin genofondunun tədqiqi istiqamətindəki bütün elmi məlumatlar
toplanılaraq dövlət səviyyəsində yaradılan milli kataloqda, Mərkəzi
Məlumat Bazasında və Milli Genbankda qorunacaq. Bu qanundan irəli gələn vəzifələrin
yerinə yetirilməsində bütün
ölkə vətəndaşları, müvafiq
elmi-tədqiqat və təhsil müəsisələri,
qeyri-hökumət təşkilatları, kənd təsərrüfatı
və digər məhsul istehsalçıları fəallıq
göstərməlidirlər.
Milli genbanklar
elmi-tədqiqat institutları, sahibkarlar, kənd
təsərrüfatı müəssisələrı və icra orqanları tərəfindən yaradıla
bilər. Onlarda toplanmış bitki nümunələri, toxumlar
və hüceyrə plazmalarının, nuklein
turşularının məlumat bazaları kompyuterdə yerləşdirilir
və daim yeniləşməklə beynəlxalq
şəbəkələrə qoşularaq
fəaliyyət göstərir. Belə məlumatların və nümunələrin beynəlxalq
səviyyədə mübadiləsi müvafiq
qanun çərçivəsində həyata
keçirilir.
Mədəni
bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi sahəsində
Dövlət Proqramında (Milli Proqram) prioritet istiqamətlər
müəyyənləşdirilmiş, kənd təsərrüfatının
davamlı inkişafının təmin edilməsi üçün fiziki
şəxslərə imtiyazların verilməsi, təbii
və texnogen təsirlərdən yerli ənənəvi aqroekosistemlərin bərpası
məqsədilə yerli bitki,
milli, regional və
beynəlxalq səviyyələrdə bu
istiqamətdə əlaqələndirmə fəaliyyətinin
həyata keçirilməsi
planlaşdırılmışdır. Bu qanunun
reallaşdırılması üçün
idarəetmə şəbəkəsinə Milli
Texniki Şura, Milli Genbank,
ixtisaslaşdırılmış ekspert
şuraları və prioritet fəaliyyət
göstərən işçi
qrupları daxildir. İşçi
qrupları tərəfindən toplanmış bitki,
hüceyrə plazması, nuklein turşusu nümunələri qəbul edilmiş qaydada sənədləşdirilərək
Mərkəzi Milli Genbanka
daxil edilir.
Azərbaycan ərazisində
müxtəlif iqlim qurşaqları mövcuddur. Bu ərazilərdən
toplanmış nümunələr regionlar
üzrə salınacaq bitki genetik ehtiyatlarının kolleksiya
bağlarında cəmlənir. Əldə olunmuş
bütün məlumatlar isə Milli Genbanka ötürülür.
Azərbaycanda
mədəni bitkilərin genofondunun zənginliyi
milli sərvətimizdir. Regionda becərilən bitkilərdən
taxılların, paxlalıların, texniki,
yem və dərman əhəmiyyətli
bitkilərin, ənənəvi aborigen, kənd
təsərrüfatı, müxtəlif bəzək, tərəvəz
bitkilərinin, meyvə, giləmeyvə və üzümün
zəngin genofondu
yayılmışdır. Bütün becərilən bitkilərin genetik
ehtiyatlarının tədqiqi, toplanılması, nadir və itməkdə olan
sortların müəyyənləşdirilməsi, onların
artırılması regionlar üzrə
salınacaq müvafiq kolleksiya
bağlarında qorunması və
səmərəli istifadəsi üçün
elmi konsepsiyaların irəli sürülməsi
sözügedən qanunun əsas tələblərindəndir.
Hazırda
xüsusi mülkiyyətə əsaslanan bazar münasibətlərinin ön
plana çıxması, kənd əhalisinin maddi
gəlirinin daha çox
bazar münasibətlərindən
asılı olması becərilən bitkilərin genetik ehtiyatlarından səmərəli və
məqsədyönlü istifadə olunması problemini
aktuallaşdırmışdır. Azərbaycanda
becərilən bitkilərin bölgələr üzrə genetik ehtiyatlarının toplanması, düzən,
dağətəyi və dağlıq ərazilərdə uyğun sortlardan ibarət
kolleksiya bağlarının
salınması mühüm elmi-praktiki əhəmiyyət
daşıyır.
Mədəni
bitkilərin genofondunun bölgələr
üzrə öyrənilməsi, botaniki təsvirlərinin
aparılması, iqtisadi əhəmiyyəti
və beynəlxalq miqyasda qəbul edilmiş deskriptor
qeydiyyatlarının aparılması mütəxəssislərdən
ibarət müvafiq işçi
qrupları tərəfindən yerinə yetirilir. Qanunda belə kolleksiya bağlarının yaradılması fiziki və mülkiyyət formasından
asılı olmayaraq hüquqi
şəxslər tərəfindən qanunvericiliyin
tələblərinə uyğun müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə
həyata keçirilir və dövlət
mülkiyyətinə daxil edilir.
Mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinə dövlət nəzarətini həyata
keçirən orqanın qərarı mülkiyyət
formasından asılı olmayaraq bütün təsərrüfat subyektləri üçün məcburidir. Bölgələrdə salınan mədəni bitkilərin
genetik ehtiyatlarının qorunması və
səmərəli istifadəsi üçün
kolleksiya bağları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
dövlət qeydiyyatına alınır, orada
toplanmış qiymətli və nadir
nümunələrin qorunmasına, elmi-praktiki
istifadəsinə qayğı göstərilir. Genetik ehtiyatların toplanıldığı kolleksiya bağlarının ərazisi dövlət
orqanları tərəfindən müvafiq
qaydada qorunur. Mədəni
bitkilərin genetik ehtiyatları, kolleksiya bağları müvafiq
elmi-tətqiqat müəssisələrinin, icra
orqanlarından əlavə bu işdə iştirak edən sahibkarların
hüquqları da həmçinin qorunur.
Azərbaycanda kolleksiya bağlarının salınması
elmi-tədqiqat müəssisələrinin öhdəsinə düşür. Bu işdə
müvafiq təhsil müəssisələri
də yaxından iştirak etməlidir. Daimi kolleksiya
bağlarının salınması üçün
münbit və əlverişli torpaq sahələri müəyyənləşdirilməlidir.
Bu işlər elə təşkil edilməlidir
ki, mədəni bitkilərin genetik ehtiyatları toplanan
kolleksiya bağları rentabelli
fəaliyyət göstərsin. Bütün
bu işlər regionda
yayılan ənənəvi mədəni brend
bitkilərinin və onların areallarının
siyahısının tərtib edilməsi ilə müşayiət
olunmalıdır. Hər il regionda mədəni bitkilərin genetik ehtiyatlatı ilə bağlı
toplanılmış elmi məlumatlar Azərbaycanda
yaradılmış məlumat bazasına və Milli kataloqa daxil ediləcək. Qanunda
kolleksiya bağlarından elmi
və praktiki istifadə qaydaları da müəyyənləşdirilmişdir. Bu qaydalar müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
bağlanmış müvafiq müqavilələr
əsasinda həyata keçirilir. Həmin
materialların respublikadan icazəsiz kənar
dövlətlərə aparılması, ənənəvi brend bitkilərin qorunmaqla xarici ölkələrə
çıxarılması qadağan edilmişdir.
Son dövrlər genetik modifikasiya olunmuş bitki
sortlarının sayı xeyli
artmışdır. Belə məhsulların sayı artıq
500-dən çoxdur (almanın-24,
pomidorun-11, şəkər çuğundurunun-10,
qarğıdalının-133,
kartofun-33, düyünün-17, badımcanın-12,
günəbaxanın-3 və s.). Belə
bitkilər elmin son
nailiyyəti hesab olunur
və müxtəlif ekoloji-coğrafi ərazilərdə
ayrı-ayrı bitki sortlarının becərilməsinə,
xəstəliklərə, ziyanvericilərə, şaxtalara davamlıqları ilə
müşayiət olunur. Onlardan
yüksək məhsul əldə edilir.
Bitkilər arasında belə gen
köçürülmələri əhəmiyyətlidir. Ancaq müxtəlif heyvanların genləri köçürülmüş yeni bitki sortları genetik baxımdan daha çox fəsadlar verə bilər. Belə
bitkilərə transver edilmiş
genlər həmin sort üçün
tamamilə yad olan yeni zülalların sintezinə rəvac verir və nəticədə geni
modifikasiya olunmuş bitki sortu müəyyən
fizioloji dəyişkənliklə
müşayiət edilir. Belə məhsulların
qəbulundan sonra həm indiki,
həm də gələcək nəsillərdə verəcəyi
fəsadlar məlum deyil. Oeyd
edək ki, artıq belə məhsullar,
xüsusilə giləmeyvə və meyvə məhsulları
ölkənin satış bazarlarına asanlıqla daxil olur. Ona
görə də belə bitkilərin və onların məhsullarının
mövcudluğu müvafiq
icra orqanları tərəfindən aşkarlanaraq idxalına və
satışına qadağa
qoyulmalıdır. Belə məhsullar ancaq
dövlətin xüsusi icazəsi olduqda idxal edilə bilər.
Varis
QULİYEV,
AMEA-nın
Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun laboratoriya müdiri, kənd təsərrüfatı elmləri
doktoru
Azərbaycan. - 2013.- 16 avqust.- S. 9.