Oktyabrın 9-da
keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin uzunmüddətli
monitorinqinə başlanılmışdır
MDB
Parlamentlərarası Assambleyası Şurasının
Demokratiyanın, parlamentarizmin
inkişafının və vətəndaşların seçki hüquqlarına riayət
olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı bu il oktyabrın 9-da
keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərinin uzunmüddətli
monitorinqinə başlamışdır.
Qurumun Bakı filialının mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
monitorinq çərçivəsində
Bakıda və respublikanın 5 bölgəsində -
Sumqayıt, Qusar, Gəncə, Şəki
və Lənkəranda ekspertlər qrupunun
qərargahları yaradılmışdır. Qərargahlarda fəaliyyət
göstərən ekspertlər təsdiq olunmuş
plana əsasən prezident
seçkilərinin təşkili və keçirilməsinin
uzunmüddətli monitorinqini həyata
keçirirlər.
Qərargahların
fəaliyyəti oktyabrın 10-dək davam
edəcəkdir. Aparılan monitorinqlərin nəticələri
MDB Parlamentlərarası Assambleyasının aralıq
hesabatında öz əksini tapacaqdır.
Azərbaycan. - 2013.- 16 avqust.- S. 11.