Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı keçirilmişdir

 

Qırğızıstan Prezidenti Almazbek Atambayevin çıxışı

 

- Hörmətli həmkarlar!

 

Bizim tariximiz ortaqdır və inşallah, gələcəyimiz də ortaq olacaqdır. Nursultan Abişeviç Nazarbayev keçən il Bişkekdə dəstəklədiyi bir ideya - dəmir yol ideyası barədə bu gün də danışdı. Əgər biz həmin ideyanı həyata keçirsək, yaxşı olar. Çünki bu dəmir yolu Mərkəzi Asiyanı, Azərbaycanı və Türkiyəni birləşdirər. Əks istiqamətdə götürsək, Türkiyədən başlanan bu yol Azərbaycan, Qazaxıstan, Qırğızıstan ərazisindən keçərək Çinin Kaşqar əyalətinə qədər davam edər. Orada da çoxlu qazax və qırğız yaşayır. Biz çox böyük görmüş olardıq. Onda xalqlarımız arasında əməkdaşlıq daha da güclənərdi. Bu, çox yaxşı ideyadır. Əgər biz bu cür ideyaları, belə layihələri həyata keçirsək, bu bizim birliyimizin güclənməsinə şərait yaradacaqdır. Əgər biz bu yolları çəksək, xalqlarımız bir-birinə daha yaxın olacaq və gələcəyimiz ortaq olacaqdır.

Mənim fikrimcə, çoxlu müxtəlif layihələr başlayıb onları axıra çatdırmamaqdansa, kiçik, lakin güclü, çox mühüm layihələrə başlamaq yaxşıdır. Əgər biz hamımız səy göstərsək və bütün bu layihələri sona çatdırsaq, bu, bizim gözəl ümumi gələcəyimizin rəhni olardı.

Nursultan Abişeviç ağsaqqal kimi burada çox şeydən danışdı, mən onları təkrar etmək istəmirəm. Mən onun sözlərinə tamamilə şərikəm. Ümid edirik ki, bir gün gələcək, biz özümüzya uşaqlarımız bir-biri ilə tərcüməçilərsiz söhbət edəcəklər.

Mənim fikrimcə, bizim indi yaratdığımız türk dövlətləri birliyi gələcəkdə çox yaxşı nəticə verəcəkdir. Bu gün biz, türk xalqları, bütün dünya üçün iqtisadi inkişaf nümunəsinə çevrilməkdə olan Türkiyə, Qazaxıstan, Azərbaycan ilə fəxr edirik. Sizin dövlətləriniz çox böyük uğurlara nail olmuşdur. Biz bununla fəxr ediriksevinirik. Arzum budur ki, sizin başçılıq etdiyiniz dövlətlər çiçəklənsin, inkişaf etsin, gələcəkdə daha yüksək nəticələrə nail olsunlar.

Ümid edirik ki, indi mənim dediyim dəmir yolu layihəsi kimi yaxşı layihələr gələcəkdə sona çatdırılacaqdır.

 

Allah bizə yar olsun! Hamınız sağ olun.

 

***

 

Prezident İlham ƏLİYEV: İndi isə söz verilir Türkiyə Respublikasının Prezidenti cənab Abdullah Gülə.

 

Azərbaycan. - 2013.- 17 avqust.- S. 2.