Qəbələdə
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
III Zirvə toplantısı
keçirilmişdir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
baş katibi Xəlil Akıncının
çıxışı
- Sağ
olun hörmətli dövlət başçısı!
Hörmətli
dövlət başçıları!
Hörmətli
Türkmənistan Respublikası Nazirlər Kabineti
sədrinin müavini.
Hörmətli
nazirlər, dəyərli tədbir
iştirakçıları!
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının III Zirvə
toplantısı münasibətilə Qəbələdə
çıxış etməkdən şərəf duyuram. 2011-ci ildə Almatı şəhərində
keçirilən iqtisadi əməkdaşlıq
əlaqələrinin müzakirə edildiyi
ilk Zirvə toplantısından sonra ötən il elm,
təhsil və mədəniyyət sahəsində əməkdaşlıq
əlaqələrinin müzakirə edildiyi
ikinci Zirvə toplantısını təşkil
etdik. Bu il isə beynəlxalq nəqliyyat məsələlərini
müzakirə etdik.
Bişkek Zirvəsindən
ötən bir illik
müddətdə Katiblik təlimatlarınızla
verilən vəzifələri yerinə yetirmək üçün çalışmış,
sıx əlaqələrə əsaslanan və nəticəyə
köklənmiş əməkdaşlıq
anlayışını həyata keçirməyə davam etmişdir.
Məqsəd
üzv ölkələr arasında bir çox sahələrdə
ikitərəfli formatda mövcud
əməkdaşlığı əhatəli şəkildə
çoxtərəfli əməkdaşlığa çevirməkdir.
Üç ildir ki, həyata keçirdiyimiz
metodla əvvəlcə əməkdaşlığımızın
qarşısındakı maneələri ortadan
qaldırmağa,
sonra da bu əməkdaşlığın möhkəmlənməsi
üçün vacib
addımlar atmağa
çalışırıq. Eyni zamanda, əlavə əməkdaşlıq sahələri
də yaradırıq, bütün işlərimizi
bir sənəddə toplayırıq. Bu üsul həyata
keçirilərkən üzv ölkələrimizin
mövcud qanunvericiliyinə zərər gəlməməsinə
çalışırıq.
Çıxışımda
qeyd edəcəyim məqamlar, geniş məlumatlar təqdim etdiyim
300 səhifədən çox olan illik fəaliyyət
hesabatında vardır.
Bişkek və Qəbələ
zirvələri arasında yeni
başladılan əməkdaşlıq prosesləri də daxil olmaqla 20-dən çox əsas toplantı təşkil edilmişdir. Ümumiyyətlə, müxtəlif
şəhərlərdə təşkil olunmuş
100-dən çox tədbirin əksəriyyətində
iştirak etmişəm. Bir il əvvəl təşkil edilən
toplantının sayı 6 idi. Bu çərçivədə iqtisadiyyatla yanaşı, elm,
təhsil və mədəniyyət sahələrində mövcud əməkdaşlıq prosesləri davam etdirilmişdir.
Müvafiq qurumlarımız olan TürkPA, Türk Akademiyası və TÜRKSOY ilə
sıx əməkdaşlıq əlaqələri davam etdirilmişdir. Digər tərəfdən Katiblik
yaradılandan bəri ortaq mədəniyyətimizin
inkişaf etdirilməsində və təbliğində
böyük dəstəyi olan
TÜRKSOY-un beynəlxalq razılaşma
ilə davamlı statusa malik
olması və işçilərinin hüquqlarının
qorunması vacib məsələdir.
Bişkek Zirvəsindən bəri bir çox yeniliklər olmuşdur. Türk
Universitetləri Birliyi qurulmuş,
Ortaq Terminologiya Komitəsinin
ilk toplantısı keçirilmişdir.
Toplantıda verilən qərarlar sırasına 1926-cı ildə
Bakıda keçirilən birinci Türkoloji Qurultayda
razılaşdırılan əlifbaya əsaslanan bir latın əlifbasının elmi işlər üçün
ortaq istifadə olunmasına təqdim edilməsi
qərarı daxildir. Qəbul edilən ortaq terminlərlə birgə, həmin əlifba
Katibliyin və müvafiq
qurumların yazışmalarında hazırda istifadə edilməkdədir.
Dünyadakı türk dilindəki yer adlarının dəyişdirilməsi həqiqətini
nəzərə alaraq ortaq
türk dilində yer
adlarının xəritəsinin Türk
Akademiyasının dəstəyi ilə hazırlanması da komitənin gündəliyindədir.
Digər mühüm
məqam isə üzv ölkələrin
diasporları arasında başlanan əməkdaşlıq
prosesidir. Diasporlarımız sayca çoxdur, səsləri
ilə güclərini birləşdirdikləri halda onların səsi daha
çox eşidiləcəkdir. Bu çərçivədə Bakıda və
Ankarada təşkil edilən diaspor komitələri rəhbərlərinin
toplantıları ilə yanaşı, türkdilli
diasporların ortaq fəaliyyət
strategiyası qəbul edilmişdir.
Bakıda iyunda keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor
təşkilatları rəhbərlərinin I Forumunda
50-yə yaxın ölkədən 600-dən çox
diaspor nümayəndəsi iştirak etmişdir.
Qarşıdakı dövrdə bu sahədə
regional bir qurumun yaradılması
planlaşdırılır.
Hörmətli
dövlət başçıları! Təlimatlarınıza
uyğun olaraq
keçən ildən bu yana
zirvənin də mövzusuna uyğun olaraq nəqliyyat
və gömrük sahələrindəki
səylərimizi artırdıq. Bu çərçivədə
gömrük sərhədlərində
gözləmə müddətlərinin azaldılması,
"vahid pəncərə" sistemini yaymaq məqsədi
ilə işlərimiz davam edir. Nəqliyyat sahəsində əməkdaşlıq
çərçivəsində nəqliyyat nazirləri bu il Bakıda toplandı.
Toplantıda iştirak edən nəqliyyat nazirləri ortaq əməkdaşlıq protokolunu
imzaladılar. Bu toplantıda ortaya çıxacaq problemlərin həll
edilməsi üçün nazir müavinləri səviyyəsində əlaqələndirmə
qurumunun yaradılması qərarlaşdırıldı.
Nəqliyyat və
gömrük birgə əməkdaşlıq
sahələridir. Beynəlxalq və ya regional səviyyədə
üzv ölkələr tərəfindən
həyata keçirilən "İpək yolu",
"Karvansaray", Bakı-Tbilisi-Qars dəmir
yolu, "Mərmərə" layihələrinin
ən qısa zamanda bitməsi ortaq maraqlarımız üçün
mühüm əhəmiyyət kəsb edir. Xəzərdən
keçən nəqliyyatın inkişaf
etdirilməsi üzv ölkələrimizi
qlobal tranzit ticarət
mərkəzinə çevirəcəkdir. Üzv
ölkələrin qanunvericiliyinin bu sahəyə uyğun olaraq təkmilləşdirilməsinin təşviqi
gündəliyimizdə duran məsələdir.
Son iki
zirvə toplantısı arasında xarici
siyasətlərdə əməkdaşlıq məsələləri
önə çəkilmişdir. Türkdilli Dövlətlərin
xarici işlər nazirləri Nyu-Yorkda və Qahirə şəhərlərində
qeyri-rəsmi olaraq
görüşmüşlər. Üzv
ölkələrin xarici siyasət məsələlərində
BMT-nin Baş
Assambleyasının iclasında eyni istiqamətdə
səs verməsi gözlənilən artım xarici
siyasətdə yüksələn əməkdaşlığın
bariz nümunəsidir.
Avqustun 15-də Qəbələdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısı çərçivəsində
xarici işlər nazirləri
arasındakı imzalanan əməkdaşlıq
protokolu bu sahədə
bu əlaqələrimizin inkişafına
xidmət edəcəkdir.
BMT-nin Təhlükəsizlik
Şurasında hər dönəmdə bir
türk dövlətinin iştirak
etməsi, Somalidəki Türkiyə səfirliyinə hücumun Azərbaycanın təşəbbüsü
ilə BMT-nin Təhlükəsizlik
Şurasında pislənməsi kimi ortaq maraqlarımızın qorunması
baxımından böyük əhəmiyyət kəsb edir. Üzv ölkələr arasındakı gömrük məsələlərinin
müzakirəsinin ilk mərhələsinin
apreldə Bakıda təşkil edilməsi də xarici siyasət sahəsində əməkdaşlığımızın
genişlənməkdə olduğuna bir nümunədir. Toplantıdan sonra Əfqanıstan məsələsində ortaq mövqeyimiz
Almatıda keçirilən "İstanbul
prosesi" çərçivəsində
nazirlər konfransında Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev tərəfindən səslənilmişdir.
Üçüncü tərəflərlə əməkdaşlığın
genişləndirilməsi Katibliyin gündəliyində
yer almaqdadır. Bu
çərçivədə İqtisadi
Əməkdaşlıq Təşkilatı nəzdində
müşahidəçilik statusu əldə
edilmişdir. İslam
Əməkdaşlıq Təşkilatı nəzdində
müşahidəçilik statusu üçün rəsmi müraciət olunmuşdur. Bununla birgə
BMT-nin Baş
Assambleyası nəzdində müşahidəçilik statusu əldə edilməsi istiqamətində
təşəbbüsün müsbət nəticələnməsi
üçün üzv
ölkələrin dəstəyinin artırılmasına ehtiyac vardır.
Digər
tərəfdən Katiblik beynəlxalq
müstəvidə bizi daha
da güclü edəcək
addım olaraq Şuranın potensial üzvü ola biləcək Türkmənistan və
Özbəkistanın da bütün
şura toplantılarına dəvət
edilməsi və beləliklə, mövcud
əməkdaşlıq prosesinə daxil
olmalarının faydası olacaqdır. Həm nəqliyyat
nazirləri, həm də digər nazirlər təşkil
etdikləri texniki niyyətli
toplantılarına Türkmənistan
və Özbəkistanın qatılması mövzusunda
dövlət başçılarının təlimatlarını
gözləyirlər. Bu məsələdə
müsbət qərarlar verilmişdir.
Məlum olduğu kimi, üzv ölkələrin hər sahədəki
mövcud dəstəkləri
çalışmalarımızın əsasını təşkil
etməkdədir. Səylərimizin davam
etdirilməsi üçün 2012-ci ildə
Bişkek Zirvəsində imzalanan
maliyyə əsasları anlaşması ilə yanaşı, Türk Mədəni İrs
Fondu ilə Türk
Akademiyasının qurucu
anlaşmalarının bütün üzv ölkələrdə tamamlanmasına ehtiyac vardır.
Hörmətli
dövlət başçıları! Paylanılan kitablardan görəcəyiniz kimi,
Türk Akademiyası son
üç ildə önəmli əsərlər
ortaya çıxarmışdır. Bununla yanaşı, Türk
Akademiyasına məktəblərdə tədris olunacaq ortaq türk tarixi və ədəbiyyatı
kitablarının yazılması tapşırığı verilmişdir. Beynəlxalq bir
qurum olaraq fəaliyyət
göstərə bilməsi istiqamətində müqavilənin
təsdiq olunub icra
edilməsi ilə Akademiyanın təsir gücü
daha da artacaqdır. Katiblik olaraq Qəbələ
Zirvəsindən sonrakı dövrdə də qurumu
sürətli şəkildə inkişaf
etdirərək gündəliyi müzakirə etmək üçün üzv
ölkələrin müvafiq təşkilatları
arasında əlaqələndirici vəzifəmizi davam etdirəcəyik. Bu
çərçivədə hörmətli dövlət
başçılarının Qəbələdə nəzərə
çatdırdıqları yeni təlimatlarının
həyata keçirilməsi üçün
müvafiq işlər görəcəyik.
Təhsil nazirlərini görüşdürəcəyik,
məsləhət görüldükdə bu
forumu keçirəcəyik, rəsmi xarici siyasət qurumları arasında yeni bir əməkdaşlıq
prosesi başladacağıq, türk dünyası universitetləri
arasında oyunlar təşkil edəcəyik,
nazirlərin toplantılarını keçirəcəyik,
üçüncü tərəflərlə
əməkdaşlığı genişləndirəcəyik,
turizm üzrə nazirləri
görüşdürəcəyik. Gördüyümüz
bütün işlər sənədləşdiriləcək,
fəaliyyətlərimiz davam etdiriləcəkdir.
Fürsətdən
istifadə edərək, bütün Katiblik əməkdaşlarına minnətdarlığımı
bildirirəm. Üzv ölkələrin
Katibliyə verdiyi dəstəyə
görə minnətdarlığımı bildirirəm. Katiblik olaraq ikinci müddətə zirvəyə sədrliyi
başa çatan
Qırğızıstan ilə bu vəzifəni
yeni alan Azərbaycanı təbrik edirəm.
Bundan başqa,
ev sahibi hörmətli
cənab Prezident İlham
Əliyevə yüksək qonaqpərvərliyə görə
təşəkkürümü bildirirəm.
Dəyərli
dövlət başçıları! Hörmətli
Prezident Abdullah Gül və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə xidməti binamızın
rəsmi açılışını ötən il oktyabr ayında Bişkek Zirvəsində qəbul edilən, türk birliyinin simvolu olan
bayrağımızı qaldıraraq mərasim keçirdik.
Bu mərasimdə iki dövlət bayrağı dirəyini
Türkmənistan və Özbəkistan üçün
boş buraxdıq. Türkmənistan Respublikası
Nazirlər Kabineti sədrinin müavini Sapardurdu Toyliyevə
bu zirvə görüşündə iştirak etdiyi üçün minnətdarlığımı
bildirirəm. Ona boş
olan dirəyin Türkmənistan
bayrağını gözlədiyini xatırlatmaq istəyirəm.
Digər tərəfdən, avqustun 15-də
keçirilən konsertlə TÜRKSOY-un
20-ci ildönümünü qeyd etdik. Bu
münasibətlə TÜRKSOY-un baş katibi Düsen Kaseinovu və əməkdaşlarını
türk dünyası ilə bağlı gördüyü işlərə görə
təbrik edirəm. Bir az
sonra bəyannamə ilə yanaşı,
prezidentlər tərəfindən imzalanacaq
mənim vəzifə səlahiyyət müddətim
haqqında qərara görə minnətdarlığımı
bildirirəm.
***
Prezident İlham
ƏLİYEV: Təşəkkür edirəm, indi
isə imzalanma mərasiminə
başlayırıq.
Azərbaycan
Prezidenti İlham
Əliyev, Türkiyə Prezidenti Abdullah Gül,
Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini
Sapardurdu Toyliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısının bəyannaməsini
və Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının dövlət
başçıları Şurasının baş
katibi, səfir Xəlil
Akıncının səlahiyyət müddəti haqqında qərarı
imzaladılar.
***
Azərbaycan Prezidenti İlham Əliyev
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısına yekun vurdu.
Azərbaycan. - 2013.- 17 avqust.- S. 3.