Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana səfərə gəlmişdir

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev avqustun 16-da Azərbaycana səfərə gəlmişdir.

Qəbələ Beynəlxalq Hava Limanında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşıladılar.

Qazaxıstan dövlətinin başçısı onun şərəfinə düzülmüş fəxri qarovul dəstəsinin önündən keçdi.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 17 avqust.- S. 5.