İndoneziya Respublikasının Prezidenti zati-aliləri cənab Susilo
Bambanq Yudhoyonoya
Hörmətli
cənab Prezident!
İndoneziya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan
xalqı adından və şəxsən öz
adımdan səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycanla
İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı yolunda səylərimizi bundan sonra da
ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə
Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost İndoneziya xalqına sülh
və rifah diləyirəm.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
14 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 17 avqust.- S. 5.