Qəbələdə türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur

 

Avqustun 16-da Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.

AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bildirmişdir.

O, toplantıda Universitetlər Birliyinin yaradılması, idman, mədəniyyət, nəqliyyat və gömrük sahələrində əməkdaşlıq məsələlərinin müzakirə edildiyini demişdir. Eyni zamanda, gömrük sahəsində əməkdaşlıq üçün yükdaşımaların təşviqi də planlaşdırılmışdır.

Toplantıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olmuşdur.

Qurumun baş katibi qeyd etmişdir ki, türkdilli dövlətlərin xarici işlər nazirlərinin növbəti görüşünün Nyu-Yorkda keçirilməsi planlaşdırılır.

 

Azərbaycan. - 2013.- 17 avqust.- S. 5.