ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycan
Diplomatik Akademiyası ilə tanış olmuşdur
Azərbaycanda
səfərdə olan ABŞ Konqresinin doqquz nəfərlik
nümayəndə heyəti Azərbaycan Diplomatik
Akademiyasına (ADA) baş çəkmişdir.
ADA-nın
kommunikasiya departamentindən AzərTAc-a
bildirmişlər ki, Konqresdə Pensilvaniya, Cənubi Karolina,
Kaliforniya, Tenessi, Texas, Corciya, Miçiqan və Nyu-York
ştatlarını təmsil edən aparat
rəhbərləri Azərbaycan Diplomatik
Akademiyasının yeni kampusu
ilə tanış olduqdan sonra
akademiyanın professor və idarə heyəti
ilə görüşmüşlər.
ADA-nın yaranma tarixi, strukturu, missiyası, təklif etdiyi
proqram və ixtisaslar
barədə məlumatlandırılan amerikalı qonaqlara daha sonra akademiyadakı tələbə həyatı
və tələbələrin asudə vaxtlarının
planlaşdırılması haqqında məlumat verilmişdir.
Akademiyanın
dünyanın bir çox
universitetləri, xüsusilə də ABŞ-ın ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq
etdiyini vurğulayan
icraçı prorektor Fariz
İsmayılzadə, gələcəkdə bu
tipli əlaqələrin genişləndiriləcəyini
bildirmişdir.
Azərbaycan. - 2013.- 17 avqust.- S. 6.