Kənd təsərrüfatı
naziri Şamaxıda vətəndaşları
qəbul etmişdir
Kənd təsərrüfatı
naziri İsmət Abasov
avqustun 16-da Şamaxıdakı Heydər
Əliyev Mərkəzində Şamaxı, Qəbələ,
İsmayıllı, Ağsu, Qobustan və Abşeron
rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
AzərTAc xəbər
verir ki, qəbulda,
habelə nazirliyin idarə və təşkilatlarının,
tabeliyində olan qurumların rəhbərləri
iştirak etmişlər.
Qəbul
zamanı hər bir müraciət diqqətlə
araşdırılmışdır. Müraciətlərin əksəriyyəti
yerindəcə həll edilmiş, bəzilərinin
isə qanunvericiliyə uyğun olaraq qısa müddətdə həlli üçün müvafiq
struktur rəhbərlərinə
tapşırıqlar verilmişdir.
Qəbulda
kənd təsərrüfatının ayrı-ayrı sahələrində
çalışan fermerlər əsasən İqtisadi
İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondundan verilən kredit
şərtlərinin sadələşdirilməsi,
texnikanın alınmasına kömək göstərilməsi,
istehsal edilən üzüm
məhsulunun
satışına dəstək verilməsi,
heyvandarlığın, o cümlədən
qoyunçuluğun və
arıçılığın inkişafına, cins mal-qaranın lizinq yolu ilə alınması üçün
güzəştli kreditlərin verilməsi ilə
bağlı müraciət etmişlər. Həmçinin
yunun satılmasına şərait
yaradılması, süni mayalanma
yolu ilə alınmış hər baş balaya görə
dövlət tərəfindən subsidiyaların
ayrılması, damazlıq heyvanların satışı üçün yarmarkaların təşkili
və bu sahəyə dövlət dəstəyi,
elit toxumun
alınması, toxum təminatına kömək göstərilməsi, üzümçülüyün
inkişafı ilə əlaqədar olaraq
şərab emalı zavodunun tikintisi, üzümün
tədarük və satışına dövlət dəstəyi,
plantasiyaların becərilməsi, dərmanlanması, yeni bağların salınması üçün plantaj şum çıxara bilən traktorların
verilməsi, mineral gübrələrlə
təminatın yaxşılaşdırılması, meyvə-tərəvəz
qəbulu məntəqəsinin, meyvə qurutma
və emal sexinin
yaradılması və s. barədə
müraciətlər diqqətlə dinlənilmişdir.
Bütün bu
müraciətlər nəticə etibarilə kənd təsərrüfatının
inkişafında fermerlərin çox
maraqlı olduqlarını göstərmişdir. Qəbul zamanı
fermerlər onlara göstərilən
dövlət dəstəyindən, xüsusilə Prezident İlham
Əliyevin sahibkarlığın inkişafına diqqət və
qayğısından razılıq hissi ilə
söhbət açaraq bunun
üçün dövlətimizin
başçısına minnətdarlıqlarını
bildirmişlər.
Nazir İsmət Abasov həmin gün
Şamaxıda bir neçə fermer təsərrüfatında olmuşdur. "Az
qranata" MMC-nin yeni salınmış 370 hektar
üzüm bağlarında müasir becərmə texnologiyaları ilə
tanış olan nazir Prezident İlham
Əliyevin 2011-ci il 15 dekabr
tarixli Sərəncamı ilə təsdiq
edilmiş "2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət
Proqramı" ilə əlaqədar görülmüş
işlərdən və qarşıda duran
vəzifələrdən danışmış, üzümçülüyün fermerlər üçün gəlirli sahə olduğunu vurğulamışdır.
Nazir, həmçinin
heyvandarlıqla məşğul olan fermer İlqar Cəfərovun
təsərrüfatında olmuş, lizinq yolu ilə alınmış 9 baş
cins mal-qaranın, götürülmüş
42 baş buzovun
saxlanılma şəraiti ilə tanış olmuş,
heyvandarlıqda damazlıq işlərinin gücləndirilməsinin
zəruriliyini diqqətə çatdırmışdır.
Azərbaycan. - 2013.- 17 avqust.- S. 6.