2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində aşağıdakı şəxslərin
Azərbaycan Sosial Demokrat
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının
Qərarı
Qərar
¹14/87
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Respublikasının prezidentliyinə
namizəd irəli sürmüş Azərbaycan
Sosial Demokrat Partiyası Mərkəzi Komitəsinin Plenumu
2013-cü il 10 avqust tarixli iclasının 6 saylı qərarı ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
etmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədləri Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə
əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslər Azərbaycan Sosial Demokrat
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndə:
Sevda Xanhüseyn
qızı Əliyeva.
1.2. Maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə:
Rauf Rafiq oğlu Babayev.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16.08.2013
Azərbaycan. - 2013.- 17 avqust.- S. 6.