2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslərin Bütöv
Azərbaycan Xalq Cəbhəsi
Partiyasının səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndəsi kimi qeydə alınması haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹14/89
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan
Respublikasının prezidentliyinə
namizəd irəli sürmüş Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Ali Məclisi 2013-cü il
11 avqust tarixli iclasının 2 və 3 saylı qərarları ilə səlahiyyətli nümayəndə və maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndə təyin
etmiş və həmin şəxslərin
qeydə alınması
üçün müvafiq
sənədləri Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin
qeydə alınması
üçün əsasların
olmasını müəyyən
etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə
əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində
aşağıdakı şəxslər Bütöv
Azərbaycan Xalq Cəbhəsi
Partiyasının səlahiyyətli və maliyyə məsələləri
üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli
nümayəndə:
Elçin Əbdülrəhim oğlu Mirzəbəyli.
1.2. Maliyyə
məsələləri üzrə səlahiyyətli nümayəndə:
İlqar Əlixan oğlu
Məmmədxanov.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16.08.2013
Azərbaycan. - 2013.- 17 avqust.- S. 6.