2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən
irəli sürülmüş Araz Məmməd Mübariz
oğlu Əlizadənin namizədliyinin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
¹14/86
Azərbaycan Sosial Demokrat Partiyası Mərkəzi Komitəsi Plenumunun
2013-cü il 10 avqust tarixli iclasının 6 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası
Prezidentinin seçkilərində
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Məmməd Mübariz oğlu Əlizadənin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin
təsdiq edilməsi üçün sənədlər
2013-cü il avqustun 11-də partiyanın
səlahiyyətli nümayəndəsi
tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş
namizədliyin təsdiq
edilməsi üçün
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə
əsasən qərara
alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən
irəli sürülmüş Araz Məmməd Mübariz
oğlu Əlizadənin namizədliyi təsdiq
edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16.08.2013
Azərbaycan. - 2013.- 17 avqust.- S. 6.