2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyası
tərəfindən irəli sürülmüş
Qüdrət Müzəffər oğlu Həsənquliyevin
namizədliyinin təsdiq dilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar
№14/88
Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyası Ali Məclisinin 2013-cü il 11 avqust tarixli
iclasının 1 saylı qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının sədri Qüdrət Müzəffər
oğlu Həsənquliyevin namizədliyi
irəli sürülmüşdür.
Namizədliyin
irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 11-də
partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə
əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi
Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər
oğlu Həsənquliyevin namizədliyi təsdiq
edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16.08.2013
Azərbaycan. - 2013.- 17 avqust.- S. 6.