Qaxda Heydər Əliyev Mərkəzi
açılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
16-da Qaxa səfəri çərçivəsində
Heydər Əliyev Mərkəzinin
açılışında iştirak etmişdir.
Ölkəmizin
hər yerində olduğu kimi,
qaxlılar da ulu
öndər Heydər Əliyevin xatirəsini əziz tuturlar. Şəhərdə yeni
tikilən Heydər Əliyev Mərkəzi ümummilli
liderin xatirəsinə dərin
ehtiramın nümunəsidir. Mərkəzdə
ulu öndərin həyata keçirdiyi
müdrik siyasət nəticəsində
müstəqilliyin ilk illərində
ölkəmizdə vətəndaş müharibəsinin
qarşısının alınması, iqtisadiyyatın
ağır böhran vəziyyətindən
çıxarılaraq inkişaf yoluna qədəm qoyması, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun
artırılması, qüdrətli ordu quruculuğu istiqamətində həyata
keçirilən mühüm tədbirləri
əks etdirən fotolara geniş
yer verilmişdir.
Dövlət
başçısı mərkəzin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, milli memarlıq ənənələrini saxlamaqla ən müasir üslubda tikilən mərkəzin
inşasına 2011-ci ilin noyabrında
başlanmışdır. Yerli inşaat materiallarının istifadə edildiyi tikinti işləri
rayonun daxili
imkanları hesabına həyata keçirilmişdir.
Foyedə ümummilli lider
Heydər Əliyevin möhtəşəm abidəsi və məlumat-informasiya
köşkü vardır. Ümumi
sahəsi 670 kvadratmetr
olan əsas zal dörd hissəyə bölünmüşdür.
Lakin hərəkət edən arakəsmələr
zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan
verir. Zalın yan
divarları səkkizguşəli ornamentli
şüşələrlə örtülmüş,
xüsusi ekranlar və
tablolarda ümummilli liderin həyat və fəaliyyətini əks
etdirən fraqmentlər
işıqlandırılmışdır. Zalın bir hissəsi 8 qatlı xüsusi
elektron pərdə ilə kəsilərək
kinozala çevrilmişdir.
Burada Azərbaycanın müasir
tarixini, iqtisadi və sosial inkişafını əks etdirən
filmlər nümayiş olunur.
Prezident İlham
Əliyev zalda Qax rayonunun elektron xəritəsinə,
eləcə də ulu Öndərin xarici ölkələrə səfərlərini
əks etdirən elektron lövhələrə
baxdı.
Mərkəzdə
xoreoqrafiya, milli və
bal rəqsləri, sənət dərnəkləri
fəaliyyət göstərəcəkdir. Burada,
həmçinin ingilis, yapon
və rus dilləri sinfi
vardır. Mərkəzdə internet kafe, elektron kitabxana, virtual otaqlar da yüksək
standartlara cavab verir.
Dövlət başçısı
mərkəzin xatirə
kitabına ürək
sözlərini yazdı.
Prezident İlham
Əliyev Heydər Əliyev Mərkəzində
yaradılmış şəraiti yüksək qiymətləndirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 3.