Balakəndə ümummilli liderin abidəsini
ziyarət
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
17-də Balakən rayonuna səfərə
gəlmişdir.
Dövlət
başçısı əvvəlcə ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət
etdi, önünə gül
dəstəsi qoydu.
Balakən Rayon İcra Hakimiyyətinin
başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi
Heydər Əliyev parkında yaradılan şərait barədə
məlumat verdi. Bildirildi
ki, parkda geniş abadlıq-quruculuq işləri
aparılmış, yaşıllıq zolağı
salınmışdır. Ümumi sahəsi
22 hektar olan bu park indi
Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 4.