Balakəndə Mədəniyyət
Mərkəzi açılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
17-də Balakən Rayon Mədəniyyət
Mərkəzinin açılışında iştirak
etmişdir.
Dövlət
başçısı mərkəzin rəmzi
açılışını bildirən lenti
kəsdi.
Son illərdə
Azərbaycanda mədəniyyətin inkişafına göstərilən
qayğı daha da
artmış, bu sahədə
çalışanların iş şəraitini
günün tələbləri səviyyəsinə
çatdırmaq üçün məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Mədəniyyətin və
incəsənətin inkişafına diqqət yeni
mədəniyyət ocaqlarının inşasında da özünü
büruzə verir. Bu
tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət almışdır. Son dövrlərdə bölgələrdə
müasir tipli yeni mədəniyyət infrastrukturu
yaradılmış, çoxlu sayda mədəniyyət obyektləri tikilib istifadəyə verilmişdir.
Balakəndə inşa olunan
Mədəniyyət Mərkəzi də bu
sırada mühüm yer
tutur.
Dövlət
başçısına məlumat verildi ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda
başlanmışdır. İnşaat
işləri yüksək səviyyədə
aparılmışdır. Binanın ətrafında geniş abadlıq və
yaşıllaşdırma işləri görülmüşdür.
Bunun nəticəsində mərkəzin
binası rayonun gözəlliyini daha da artırmışdır.
Binanın
foyesində ulu öndər Heydər
Əliyevin, Prezident İlham
Əliyevin və Heydər Əliyev Fondunun
prezidenti Mehriban
xanım Əliyevanın mədəniyyətin
inkişafına diqqət və qayğılarını əks
etdirən fotostend
yaradılmışdır. İkimərtəbəli
binanın ümumi sahəsi 3 min 244 kvadratmetrdir. Mərkəzin 260 yerlik tamaşa zalında
müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə
keçirilməsi üçün hər
cür şərait
yaradılmışdır. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar
da vardır. Binanın ikinci
mərtəbəsində isə müxtəlif dərnəklər
fəaliyyət göstərəcəkdir. Burada
rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs,
musiqi dərnəkləri və müəllimlər
otaqları vardır.
Mərkəzlə
tanışlıqdan sonra dövlət başçısı Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Mərasim
iştirakçılarını salamlayan
Prezident İlham
ƏLİYEV dedi:
-
Sabahınız xeyir olsun.
Sizi ürəkdən salamlayıram, Balakən
Mədəniyyət Mərkəzinin
açılışı münasibətilə təbrik edirəm.
Çox gözəldir, Balakənə yaraşan bir mərkəzdir.
Burada həm dərnəklər var, eyni zamanda,
böyük konsert
zalı yaradılıbdır. Yəni burada
rayonun müxtəlif tədbirləri
keçiriləcək. Memarlıq baxımından da gözəl binadır, şəhərə
əlavə yaraşıq verəcəkdir.
Mən
artıq bir neçə dəfə Balakəndə
səfərdə olmuşam və hər
dəfə açılışlarda iştirak
edirəm. Şadam ki,
bu açılışların sayı
artır. Balakənin son illər ərzində
inkişafı məni və yəqin ki, sizi çox sevindirir. Çünki doğrudan da son illərdə böyük
bir irəliləyiş olmuşdur.
Balakəndə sosial problemlər öz həllini tapır. Keçən səfərlərimdə
biz böyük xəstəxananın
açılışını qeyd etmişdik. Burada Olimpiya Kompleksi, digər sosial obyektlər yaradılır.
İnsanların istirahəti üçün
gözəl imkanlar vardır. Deyə bilərəm
ki, Azərbaycanın bölgələrində
bəlkə də ən böyük
istirahət parkı Balakəndədir. Çox
gözəl, möhtəşəm parkdır. Həm böyük rəmzi məna
daşıyır, eyni zamanda,
insanların rahat istirahəti üçün də çox
gözəl imkanlar vardır.
Balakəndə
iqtisadi sahədə işlər
yaxşı gedir, yeni
müəssisələr, iş yerləri
açılır. Əlbəttə ki, bu da çox
vacibdir. Çünki
ölkəmizin uğurlu inkişafı üçün, ilk
növbədə, iqtisadiyyat inkişaf etməlidir. Deyə bilərəm ki, bu istiqamətdə son illərdə bütün
bölgələrdə nəticələr
yaxşıdır, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının ikinci
hissəsi başa çatır. Proqram artıqlaması ilə yerinə yetirilibdir və gələn ilin
əvvəlindən üçüncü
proqram icra edilməyə
başlayacaqdır. Beləliklə, növbəti beş il ərzində bu günə qədər həll edilməmiş
problemlər də öz həllini
tapmalıdır.
Ancaq qeyd
etməliyəm ki, Balakəndə əsas
infrastruktur layihələrinin icrası başa çatır. Qazlaşdırma 95 faizə
çatmışdır. Demək olar ki, bütün kəndlərdə
də qaz xətləri çəkilibdir.
Heç
vaxt bu, belə
olmamışdır. İçməli su,
kanalizasiya layihələrinin icrası da yəqin ki, gələn
ilin sonuna qədər
başa çatacaq və
beləliklə, şəhər və ətraf kəndlər
24 saat təmiz içməli su ilə təmin ediləcəkdir. Bu layihələr indi demək
olar ki, hər həftə
istifadəyə verilir. İki
həftə ərzində - Kürdəmirdə,
İsmayıllıda, Oğuzda artıq
layihələr istifadəyə verilmişdir.
Bu gün Zaqatalada içməli su
layihəsi istifadəyə verilir. Balakəndə
isə gələn il bu
layihə artıq istifadəyə veriləcəkdir.
Yəni sosial infrastruktur, digər
layihələr icra edilir
və biz növbəti illərdə yəqin
ki, daha çox kənd yollarının bərpasına
diqqət verməliyik. Bu proses
də başlamış, ölkəmizdə geniş
vüsət almışdır. Ancaq bildiyiniz kimi, bu, çox böyük vəsait tələb edən layihələrdir
və zamana da ehtiyac vardır. Çünki
kənd yollarımızın əksəriyyəti yararsız
vəziyyətdə idi. Son
illərdə bu sahəyə çox böyük vəsait
ayrılır və çalışırıq ki, hər bir rayonda heç olmasa bir və ya iki böyük
layihə icra edilsin. Ona görə hər bir rayonun kənd yollarının tam
şəkildə bərpası bir qədər
vaxt tələb edəcəkdir. Ancaq hesab edirəm ki, növbəti beş il ərzində, bəlkə də ondan da tez
bütün kənd yolları qurulacaq, tikiləcəkdir. Yəni
qarşıya belə bir vəzifə qoyulubdur. Bütövlükdə deyə bilərəm
ki, hər bir sahədə
biz maksimum hədəfləri
seçirik və o hədəflərə
çatmaq üçün
ardıcıl siyasət aparırıq. Hər bir
rayonun öz
proqramları, öz inkişaf
dinamikası vardır. Balakəndə bu dinamika çox müsbətdir.
Burada iqtisadi
inkişaf, sosial məsələlərin
həlli, gözəllik, abadlıq işləri məni sevindirir. Əlbəttə, Balakən
çoxmillətli diyardır. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan
çoxmillətli, çoxkonfessiyalı ölkədir və
deyə bilərəm ki, artıq Azərbaycan
dünya miqyasında tolerantlıq mərkəzi
kimi tanınır. Azərbaycanda müxtəlif
beynəlxalq tədbirlər keçirilir.
Bu tədbirlər böyük
dərəcədə diqqəti cəlb edir.
Tədbirlərin
keçirilməsi özlüyündə vacib
bir hadisədir. Eyni zamanda,
o konfranslarda, forumlarda səslənən fikirlər, hesab edirəm ki, dünyada proseslərin müsbət istiqamətdə
getməsinə xidmət göstərir. Əfsuslar olsun ki, müxtəlif yerlərdə
- Avropada, Orta Şərqdə,
müxtəlif bölgələrdə dini
və milli dözümsüzlük
hökm sürür. Bu, zəmanənin
mənfi əlamətidir və bu proseslər
kəskinləşir. Yəni əfsuslar olsun
ki, dünyada
qarşıdurmaya aparan bəzi siyasətçilərin,
siyasi qrupların fəaliyyəti fəlakətlərə
gətirib çıxarır. Bunu biz indi izləyirik. Bu gün biz
internet dövründə
yaşayırıq, hər bir məlumatı
televiziya vasitəsilə əldə etmək
üçün bütün
imkanlar vardır. Əlbəttə ki, bu, bizi
çox narahat edir və üzür. Çünki belə olmamalıdır. Bütün xalqlar, bütün dinlərin nümayəndələri
sülh, qardaşlıq şəraitində
yaşamalıdırlar. Bütün xalqlar bir-birinə hörmət əsasında
yaşamalıdırlar. Yəni dünyada
gedən proseslər, əlbəttə ki,
bizi narahat etməlidir.
Çünki biz təcrid
edilmiş vəziyyətdə, adada yaşamırıq. Biz
çalışırıq ki, Azərbaycanda
yaradılmış müsbət təcrübə artıq
hüdudlarımızın kənarına çıxsın və
Azərbaycan təcrübəsi daha geniş şəkildə öyrənilsin,
bizdə mövcud olan
gözəl ab-hava və qardaşlıq iqlimi dünyaya, heç olmasa, bölgəyə
yayılsın.
Ölkəmizə
gəldikdə isə, Azərbaycanda milli
məsələlər ən yüksək səviyyədə
həll olunur. Bəlkə də bu barədə çox
danışılmır. Buna ehtiyac da yoxdur.
Ancaq cəmiyyətimizin
inkişafı, cəmiyyətdə mövcud
olan həyat tərzi, bizim
milli dəyərlərimiz, ümumbəşəri
dəyərlərin Azərbaycanda geniş
şəkildə tətbiq edilməsi bu vacib sahədə də müsbət nəticələrə
gətirib çıxarmışdır. Bu
gün Azərbaycanın müxtəlif
bölgələrində sülh, əmin-amanlıq,
təhlükəsizlik hökm sürür. Bunun təməlində,
əlbəttə ki, düşünülmüş
siyasət və cəmiyyətin bu məsələlərə
münasibəti dayanır. Çünki bu məsələlər təkcə dövlət
siyasəti ilə tənzimlənə bilməz. Dövlət,
əlbəttə ki, öz
tərəfindən bütün lazımi
tədbirləri görür, vəziyyətə
nəzarət edir, çatışmayan bütün məsələləri həll
etməyə çalışır və həll edir.
Ancaq, eyni zamanda, bizim üstünlüyümüz ondan
ibarətdir ki, Azərbaycan cəmiyyətində
bu gözəl qardaşlıq ab-havası
yaşanır və güclənir. Bizim sərvətimiz
bizim müxtəlifliyimizdədir, bizim sərvətimiz bizim
birliyimizdədir. Azərbaycanda yaşayan
hər bir xalqın, hər bir dinin nümayəndəsinin
hüquqları lazımi şəkildə qorunur.
Azərbaycan bizim vətənimizdir, biz hamımız Azərbaycan vətəndaşlarıyıq
və milli müxtəliflik, bir daha demək istəyirəm
ki, bizim böyük sərvətimizdir. Bu, sadəcə, gözəl sözlər deyil, bu, reallıqdır. Hər bir vətəndaş,
xüsusilə çoxmillətli bölgələrdə yaşayan vətəndaşlar bu
gözəl dinamikanı
saxlamalıdırlar, bu reallıqları düzgün qiymətləndirməlidirlər
və öz fəaliyyətləri ilə
ümumi işimizə töhfə verməlidirlər.
Bir daha demək istəyirəm ki, bu gün
Azərbaycan milli və dini
problemlərin həlli işində nümunə ölkədir.
Azərbaycanda keçirilən mötəbər
beynəlxalq tədbirlər, bu tədbirlərdə
səslənən fikirlər, o cümlədən
dünya şöhrətli alimlərin, Nobel mükafatçılarının
çıxışlarında səslənən fikirlər dediyim sözləri təsdiq edir.
Biz dünyaya
açığıq və eyni zamanda, öz milli dəyərlərimizi qoruyuruq.
Biz ümumbəşəri dəyərləri
bölüşürük, ancaq bizim üçün
əsas milli dəyərlərdir, bizim dəyərlərimizdir.
Bu dəyərlər üzərində
müasir, müstəqil dövlət qurulmuşdur və bu
dövlət gündən-günə güclənir. Dövlətin
gücü bölgələrin
gücündən qaynaqlanır. Regional inkişaf proqramlarının qəbul edilməsi
məhz bu məqsədi güdürdü.
Çünki əvvəlki Balakəni indiki Balakənlə müqayisə etmək mümkün deyil. Bundan əvvəl, demək olar
ki, burada görüləsi
işlər çox idi.
Yadımdadır, ilk dəfə buraya gələrkən demişdim
ki, əminəm, inkişaf
olacaq və Azərbaycan dövləti bu
bölgənin inkişafına öz dəstəyini
verəcəkdir. Bu gün
bu bölgə cənnətə çevrilib. Bakıdan başlayaraq Qobustan,
Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən - bütün
bu zona canlanır, turizm mərkəzinə çevrilir,
beynəlxalq tədbirlər, sammitlər keçirilir.
Əlbəttə ki, bu,
Azərbaycanın inkişafını göstərir.
Hər bir bölgənin uğurlu
inkişafı nəticədə ölkəmizin
inkişafını təmin edir. O ki qaldı iqtisadi məsələlərə, iqtisadi islahatlar
aparılır və bu ilin
7 ayının göstəriciləri də çox
müsbətdir. İqtisadiyyat artır, qeyri-neft sektoru təxminən
11 faiz artmışdır. Bu
da dünyada rekord göstəricidir. Bütün
maliyyə, iqtisadi böhranlar
Azərbaycandan yan keçir.
Ona görə yox ki, Azərbaycanı əhatə edə bilmir. Ona görə ki, Azərbaycanda bəzi başqa
ölkələrdən fərqli olaraq düşünülmüş siyasət
aparılır və heç vaxt lazımsız borclanma
siyasəti aparılmır. Biz öz hesabımıza yaşayırıq,
müstəqil yaşayırıq. Ölkəmiz gündən-günə
güclənir və iqtisadi müstəqilliyi
nəticəsində siyasi müstəqilliyini
də təmin edir.
Bu gün
Azərbaycan, sözün əsl mənasında,
müstəqil dövlətdir. O dövlətdir ki, uğurla, inamla irəliyə gedir. Bizim üçün bütün hədəflər müəyyən
edilibdir. Biz inkişaf etmiş ölkəyə
çevrilməliyik və çevriləcəyik. Buna nail olmaq
üçün, əlbəttə ki, hər bir vətəndaşın
töhfəsi çox
vacibdir. Balakənlilər həmişə
olduğu kimi, Vətənə,
dövlətə, dövlətçiliyə sadiqdirlər, öz işləri ilə bizim
ümumi işimizə də təkan
verirlər. Belə gözəl binaların yaradılması, əlbəttə
ki, dediyim sözlərin
sübutudur. Bir daha sizi təbrik edirəm və gələcək işlərinizdə
uğurlar arzu edirəm.
Rayon ictimaiyyəti adından
çıxış edən Səbuhi ALQAYEV: Balakənə
göstərdiyi diqqət və qayğıya görə Azərbaycan
Prezidentinə minnətdarlıq edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Sizi rayon
ictimaiyyəti və gənclərimiz adından salamlayıram.
Balakənə xoş gəlmisiniz, cənab
Prezident. Bu gün rayonumuzun həyatında
olduqca əlamətdar bir
gündür. Gözəl memarlıq üslubunda tikilmiş
möhtəşəm mədəniyyət
sarayının açılışını etdiniz. Belə bir mərkəzin
tikilməsi hər bir balakənlinin,
xüsusən də biz gənclərin
ürəyincədir. Çünki biz gənclər üçün
burada hər cür
şərait yaradılmışdır. Bildiyiniz
kimi, Balakən çoxmillətli rayondur. Belə bir
möhtəşəm mədəniyyət mərkəzinin
tikilməsi çoxmillətli rayonumuzda yaşayan xalqların zəngin mədəni irsinin qorunmasına və inkişafına, burada fəaliyyət göstərəcək
müxtəlif dərnəklər
isə istedadlı və
yaradıcı gənclərin mövcud
potensialının üzə
çıxarılmasına, əhalimizin mədəni istirahətinə
xidmət edəcəkdir. Buna görə bütün rayon sakinləri
və gənclərimiz adından Sizə dərin minnətdarlığımı
bildirirəm, cənab Prezident.
Möhtərəm
cənab Prezident, Sizin
rəhbərliyinizlə ölkəmiz ağlasığmaz dərəcədə
dəyişmiş, yenilənmişdir. Azərbaycanımız
qüdrətli, dünya miqyasında xüsusi yeri olan bir
dövlətə çevrilmişdir. Bu, təkcə mənim deyil,
bütün gənclərimizin, bütün ziyalılarımızın fikridir, cənab Prezident! Bu, Sizin siyasətinizin nəticəsidir.
Bu, Sizin xalqa, Vətənə xidmətinizin bir nümunəsidir. Biz gənclər
Sizdən nümunə götürürük,
cənab Prezident. Sizi gənclər
özünə lider seçiblər və
Sizin arxanızca gedirlər. Çünki Sizin bir amalınız var, cənab
Prezident, Azərbaycanımızı daha qüdrətli etmək, ölkəmizin
xoşbəxt yaşayışını və firavan həyat tərzini təmin etmək!
Rayonumuzda keçirdiyiniz
bütün görüşlərinizdə,
o cümlədən respublikamızda
keçirilən görüşlərdə Siz
həmişə qeyd edirsiniz
ki, ölkəmizin parlaq
gələcəyi biz gənclərin əlindədir.
Gənclərimiz isə bilikli və
savadlı olmalıdırlar. Bunun üçün Siz biz gənclər üçün
hər bir şərait
yaratmısınız. Buna görə Sizə
minnətdarıq, cənab Prezident. Bu gün minlərlə gəncimiz
dövlət hesabına xarici ölkələrdə
təhsil alır. Onlar ölkəmiz üçün lazım olan
ixtisaslara və texnologiyalara
yiyələnərək, yüksək hazırlıqlı
mütəxəssis kimi
iqtisadiyyatımızın müxtəlif sahələrində
çalışırlar. Bu gün biz gənclər də
öz məsuliyyətimizi başa
düşürük. Bilirik
ki, yaxşı oxumalıyıq, əzmlə
çalışmalıyıq.
Möhtərəm
cənab Prezident, bildiyiniz
kimi, təbiət gözlənilməz
hadisələrlə biz insanları sınağa çəkir. 2012-ci
ildə bölgəmizdə baş vermiş zəlzələ zamanı Siz bir daha
hər bir azərbaycanlının Prezidenti olduğunuzu nümayiş etdirdiniz. Heç
kəsi darda qoymadınız, cənab Prezident. Sizin rəhbərliyinizlə
balakənlilər üçün yeni evlər tikildi, müasir məktəblər inşa
edildi. Siz bizə yeni həyat bəxş etdiniz,
cənab Prezident.
Möhtərəm
cənab Prezident, biz gənclər
Sizə güvənir, Sizə arxalanırıq, Sizinlə fəxr
edirik, qürur duyuruq. Əmin ola bilərsiniz
ki, indən sonra həyata
keçirəcəyiniz bütün
işlərdə bütün balakənlilər,
bütün Balakən gəncləri həmişə Sizinlə
olacaqlar.
Prezident İlham ƏLİYEV: Sağ
olun!
***
Dövlət başçısı
bütün bölgələrimiz
kimi, Balakənin inkişafı ilə bağlı tədbirlərin
bundan sonra da davam etdiriləcəyini
bildirdi.
Sakinlər də buna
görə Prezident İlham Əliyevə bir daha təşəkkürlərini
çatdırdılar.
***
Sonda xatirə şəkli
çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 4-5.