Balakənin Katex kəndində soyuducu anbar kompleksi fəaliyyətə başlamışdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakənə səfəri çərçivəsində Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir.

Son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızda sahibkarlığın inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bunun nəticəsidir ki, indi bütün istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətilə məşğul olanların sayı artır. Bu, yeni soyuducu anbarların yaradılmasında da özünü göstərir. Belə soyuducu anbarlardan biri də Balakən rayonunun Katex kəndində inşa olunmuşdur.

Dövlət başçısı Katex soyuducu anbar kompleksinin texnikitexnoloji xarakteristikasının sxemini, kənd təsərrüfatı məhsullarının saxlanmasının səmərəliliyini, rayonda illər üzrə meyvə və tərəvəz istehsalının dinamikasını əks etdirən stendlərə baxdı.

Bildirildi ki, kompleks bütün zəruri avadanlıqla təchiz edilərək müasir səviyyədə yaradılmışdır. Belə layihələrin reallaşması qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı, həm də ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir. Bu gün fermer-sahibkarlar və kənd təsərrüfatı istehsalçıları hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə soyuducu anbar kompleksinin onların ixtiyarına verilməsi də bunun əyani təzahürüdür.

Diqqətə çatdırıldı ki, kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmışdır. Tikinti işləri ən müasir standartlara uyğun olaraq görülmüşdür. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamerainzibati bina daxildir. Kompleksdə quraşdırılan avadanlıq Almaniyanın və Hollandiyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada hər birinin tutumu 1417 kubmetr olan 12 saxlama kamerası vardır. Soyuducu kompleksin ümumi tutumu isə 17 min kubmetrya 4,5 min tondur. Burada Balakən rayonunun və ətraf rayonların fermerlərinin istehsal etdikləri meyvə və tərəvəzin uzun müddət və itkisiz saxlanılması nəzərdə tutulur. Bu kompleksin istifadəyə verilməsi ümumilikdə bölgədə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına təkan verəcəkdir.

Bildirildi ki, Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. Həmin bağlardan tədarük edilən meyvə soyuducu anbar kompleksində saxlanılacaqdır. Bu obyektin istifadəyə verilməsi həm də rayonda yeni yerlərinin açılması istiqamətində görülən tədbirlərdən biridir. Yeni soyuducu anbar kompleksində ilkin olaraq 103 nəfər işlə təmin ediləcəkdir. Gələcəkdə işçilərin sayının artacağı nəzərdə tutulur.

Prezident İlham Əliyev soyuducu anbar kompleksini işə saldı.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıqlarını verdi.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 5.