Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan
sonrakı vəziyyəti ilə tanışlıq
Avqustun 17-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Zaqatala
şəhərinin tarixi mərkəzinin
yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə
tanış olmuşdur.
Dövlət
başçısına məlumat verildi ki, tarixi mərkəz adlanan ərazi 1850-ci illərdə salınan
hazırkı Dədə Qorqud
meydanını, Qala düzü
pilləkənlərini, Heydər Əliyev prospekti
və "28 May" küçəsinin
bir hissəsi daxil olmaqla, təxminən 6,2 hektar
ərazini əhatə edir.
Azərbaycan Prezidenti şəhərin tarixi
mərkəzində aparılan yenidənqurma və bərpa
işlərini, eləcə də Zaqatala
qalasını əks etdirən stendlərə baxdı.
Dövlət
başçısı Dədə Qorqud
meydanını gəzdi. Bildirildi ki, burada yenidənqurma
işlərinə 2012-ci ilin aprelində
başlanmışdır. Meydanda Dədə
Qorqudun 2,5 metrlik heykəli
ucaldılaraq memorial kompleks
tikilmişdir. Burada 6 bürc, fəvvarəli 4 hovuz,
6 giriş-çıxış qapısı
quraşdırılmışdır. Meydanda
mindən çox dekorativ
ağac və gül kolu əkilmişdir. Burada
sakinlərin istirahəti üçün
hər cür şərait
yaradılmışdır. Tarixi mərkəzdə
50-dən çox fərdi evin,
ictimai binanın və sahibkarlıq obyektinin dam örtüklərində
və fasadlarında yenidənqurma işləri
aparılmışdır. Heydər Əliyev prospekti
əsaslı surətdə təmir olunmuşdur.
Bundan başqa, səkilərə
və meydana 5 min
kvadratmetrə qədər tamet piltə
döşənmiş, 400 kvadratmetr sahədə
isə yaşıllıq zolağı
salınmışdır. Hazırda Heydər Əliyev
prospektində, Dədə Qorqud
meydanının ətrafında olan
yaşayış və ictimai binaların
fasadlarının tarixi görkəminin bərpası
işləri davam etdirilir.
Dövlət
başçısı görülmüş
işləri yüksək qiymətləndirdi,
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 18 avqust.- S. 6.