Əfqanıstan İslam Respublikasının Prezidenti
zati-aliləri cənab Həmid Kərzaiyə
Hörmətli
cənab Prezident!
Ölkənizin
milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün
xalqınızı Azərbaycan xalqı adından və şəxsən
öz adımdan ürəkdən təbrik
edirəm.
İnanıram
ki, Azərbaycan-Əfqanıstan əlaqələri,
dostluq və əməkdaşlıq
münasibətlərimiz bundan sonra da xalqlarımızın
mənafelərinə uyğun olaraq inkişaf edəcək
və genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə
möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost
Əfqanıstan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı,
16 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 18 avqust.- S. 8.