Qəbələ rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
icrası nəticəsində
Qəbələ rayonunda
əsaslı dəyişikliklər
baş vermiş, müasir hava limanı, Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi
və digər sosial yönümlü obyektlər inşa edilmiş, iri turizm obyektləri istifadəyə verilmiş,
emal və istehsal müəssisələri
yaradılmış, geniş
abadlıq-quruculuq işləri
həyata keçirilmişdir.
Qəbələ
şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda rayon üzrə müəyyən
olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədi ilə Qəbələ Rayon
İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni
müəyyən olunmuş qaydada təmin etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 17 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 18 avqust.- S. 8.