Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 197                           Bakı şəhəri, 2 avqust 2013-cü il

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında gəmilərin dövlət  qeydiyyatına alınması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

 

 

"Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 mart tarixli 849 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 551; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 may tarixli 102 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında gəmilərin dövlət qeydiyyatına alınması Qaydaları"nın 2.8.2-ci yarımbəndində "qeydiyyata alınması haqqında vəsiqə" sözləri "şəxsiyyətini təsdiq edən sənəd" sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

 

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 8.