Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
№
198 Bakı şəhəri, 2 avqust 2013-cü il
"Nəqliyyat
vasitələri sürücülərinin hazırlanması və
onların ixtisasının artırılması kursları
haqqında Əsasnamənin və nəqliyyat vasitəsini idarə
etmək hüququ verən sürücülük
vəsiqəsi almaq istəyən şəxslərdən
imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin
verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli
qərarında dəyişiklik edilməsi barədə
"Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2013-cü il
5 mart tarixli 582-IVQD
nömrəli qanununun tətbiqi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 18 mart tarixli 849 nömrəli fərmanının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli
41 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, № 3, maddə 197; 2003, № 6, maddə 342; 2006, № 9, maddə
822, №11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 9, maddə
853, № 10, maddə 928;
2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 6, maddə
566; 2012, № 1, maddə 36, № 5, maddə 488, № 12, maddə 1352; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 29 may tarixli 90 nömrəli qərarı) ilə təsdiq
edilmiş "Nəqliyyat vasitəsini
idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən
imtahanların qəbul edilməsi və onlara
sürücülük vəsiqəsinin
verilməsi qaydaları haqqında Əsasnamə"nin
3.10.1-ci yarımbəndində "qeydiyyata
alınması haqqında vəsiqə" sözləri
"şəxsiyyətini təsdiq edən sənəd"
sözləri ilə əvəz edilsin.
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2013.- 18 avqust.- S. 8.