Baş prokuror
Zakir Qaralov Ağsu şəhərində vətəndaşları
qəbul etmişdir
Azərbaycan
Prezidenti İlham
Əliyevin göstəriş və tövsiyələrinə
müvafiq olaraq vətəndaşların
qəbulu, onların müraciətlərinə vaxtında
baxılması və haqlı tələblərinin təmin
edilməsi bütün dövlət təsisatlarının
əsas vəzifələrindən biri kimi
müəyyənləşdirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, vətəndaşların
yerlərdə qəbulu ilə bağlı təsdiq edilmiş qrafikə uyğun
olaraq, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov avqustun
16-da Ağsu Rayon Prokurorluğunun inzibati
binasında Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir
rayonlarında yaşayan vətəndaşları
qəbul etmişdir.
Qəbuldan əvvəl
baş prokuror
xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində
ucaldılmış abidəsi önünə gül
dəstələri düzmüş, xatirəsini
ehtiramla yad etmişdir.
Baş Prokurorluğun məsul əməkdaşlarının,
habelə əlaqədar tabe
prokurorların iştirakı ilə keçirilən qəbulda
baş prokuror vətəndaşların
müraciətlərində qaldırılan və bilavasitə
prokurorluq orqanlarının səlahiyyətlərinə
aid olan məsələlər
üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur
qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.
Baş prokuror
tərəfindən qəbul edilən vətəndaşların
müraciətlərinin əksəriyyəti elə yerindəcə
öz həllini tapmışdır.
Vətəndaşların
ərizə və şikayətlərində
qaldırdıqları məsələlərin, o cümlədən konkret
cinayət işlərinin istintaqı və törədilmiş
cinayətlər barədə məlumatların
araşdırılması zamanı yol verilmiş qanun
pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar,
mülki xarakterli
mübahisələrlə bağlı və sosial
problemlərə aid müraciətlərin
bilavasitə prokurorluqda və ya aidiyyəti icra
orqanlarında operativ həlli üçün tapşırıqlar verilmişdir.
Eyni zamanda qeyd edilən
rayonların prokurorlarının iştirakı ilə
müşavirə keçirilməklə, regionda
ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi,
cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi
və kəsərliliyinin artırılması üçün
konkret göstərişlər verilmiş, vətəndaşların müraciətlərinə
obyektiv baxılması və onların qəbulu
işinin düzgün
təşkilinə görə tabe
prokurorların fərdi məsuliyyət daşımaları
onların diqqətinə
çatdırılmışdır.
Azərbaycan. - 2013.- 18 avqust.- S. 8.