2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Müasir
Müsavat Partiyası tərəfindən
irəli sürülmüş Hafiz Ələmdar oğlu
Hacıyevin namizədliyinin təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
¹15/92
Müasir Müsavat Partiyası Siyasi Şurasının
2013-cü il 11 avqust tarixli iclasının 1/1 saylı
qərarı ilə
2013-cü il oktyabrın
9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin
seçkilərində Müasir
Müsavat Partiyasının
sədri Hafiz Ələmdar
oğlu Hacıyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin
təsdiq edilməsi üçün sənədlər
2013-cü il avqustun 12-də partiyanın
səlahiyyətli nümayəndəsi
tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş
namizədliyin təsdiq
edilməsi üçün
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Müasir
Müsavat Partiyası tərəfindən
irəli sürülmüş Hafiz Ələmdar oğlu
Hacıyevin namizədliyi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.08.2013
Azərbaycan. - 2013.- 18 avqust.- S. 10.