2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
Zahid Məhərrəm oğlu
Orucun namizədliyinin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
¹15/94
2013-cü il
oktyabrın 9-da keçiriləcək
Azərbaycan Respublikası
Prezidentinin seçkilərində
Zahid Məhərrəm
oğlu Orucun namizədliyi öz təşəbbüsü ilə
irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin
təsdiq edilməsi üçün sənədlər
2013-cü il avqustun 12-də namizədin
özü tərəfindən
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına təqdim
edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə
nəzərdə tutulmuş
müddətdə və
qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş
namizədliyin təsdiq
edilməsi üçün
əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda
qeyd edilənləri əsas götürərək,
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının
56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi öz
təşəbbüsü ilə irəli sürülmüş
Zahid Məhərrəm oğlu
Orucun namizədliyi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.08.2013
Azərbaycan. - 2013.- 18 avqust.- S. 10.