2013-cü
il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Milli
Dirçəliş Hərəkatı Partiyası tərəfindən
irəli sürülmüş Fərəc
İbrahim oğlu Quliyevin namizədliyinin təsdiq edilməsi
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
¹15/95
Milli Dirçəliş
Hərəkatı Partiyası
Ali Məclisinin 2013-cü il
13 avqust tarixli iclasının 08/01 saylı
qərarı ilə
2013-cü il oktyabrın
9-da keçiriləcək Azərbaycan
Respublikası Prezidentinin
seçkilərində Milli
Dirçəliş Hərəkatı
Partiyasının sədri
Fərəc İbrahim
oğlu Quliyevin namizədliyi irəli sürülmüşdür.
Namizədliyin irəli sürülməsinin
təsdiq edilməsi üçün sənədlər
2013-cü il avqustun 13-də partiyanın
səlahiyyətli nümayəndəsi
tərəfindən Azərbaycan
Respublikasının Mərkəzi
Seçki Komissiyasına
təqdim edilmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki
Komissiyası bununla əlaqədar
qanunvericilikdə nəzərdə tutulmuş
müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq
edilməsi üçün əsasların
olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyası Azərbaycan
Respublikası Konstitusiyasının
56 və 100-cü, Azərbaycan
Respublikası Seçki
Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4,
52 və 54-cü maddələrinə
əsasən
qərara alır:
1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş
Azərbaycan Respublikası Prezidentinin
seçkilərində namizədliyi Milli
Dirçəliş Hərəkatı Partiyası tərəfindən
irəli sürülmüş Fərəc
İbrahim oğlu Quliyevin namizədliyi təsdiq edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
17.08.2013
Azərbaycan. - 2013.- 18 avqust.- S. 10.